Çin Türkiyəyə ABŞ-a qarşı gücləri birləşdirmək təklifi verib.
Oxu24.com xəbər verir ki, Çin hökuməti tərəfindən dərc olunan “Çin və Dünya Ticarət Təşkilatı” adlı kitabda ABŞ-ın təktərəfli başlatdığı ticarət müharibəsində qalib olmayacağı qeyd olunur.
Kitabda Çinin Türkiyə ilə birgə hərəkət edərək, böyük qazanclı ticarətə başlamağı planlaşdırdığı bildirilir.
“Çin-Türkiyə arasında ticarət dövriyyəsi 21,9 milyard dollara qədər artıb. Hazırda Çin Türkiyənin ikinci böyük iqtisadi tərəfdaşıdır. Çin malları Türkiyədə, Türkiyənin malları isə Çində böyük rəğbət qazanıb. Çinlə Türkiyə birgə hərəkət edərək, ABŞ qarşısına çıxacaqlar”. – kitabda qeyd olunur.
Qeyd edək ki, ABŞ-ın Türkiyəyə qarşı başlatdığı iqtisadi müharibə fonunda Çinin bu mesajı Vaşinqton üçün böyük zərbə hesab olunur. Oxu24.com
ŞƏRHLƏR