Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1256
24.12.2020, 18:24
Milli Məclisin bugünkü iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılıb.
APA TV-nin xəbərinə görə, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edib.
Bu gün Prezident İlham Əliyevin doğum günü olduğunu deyən sədr Sahibə Qafarova bildirib ki, dövlət başçısı həyata keçirdiyi işlərlə xalqımızın dərin rəğbətini qazanıb və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrilib: “Ölkəmizin gələcəyi bu gün onun həyata keçirdiyi siyasətlə bağlıdır. Prezident İlham Əliyev sərkərdəlik məharəti ilə Vətən Müharibəsində qazanılan qələbənin memarıdır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, çiçəklənəcək”.
Daha sonra sədr, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrıldığını, gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində olacağını bildirib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə hesab edir ki, bütün dünya üçün 2020-ci il itirilmiş il olsa da, Azərbaycan üçün qazanılmış il olacaq: “Aparılacaq vaksinasiya 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyi artıracaq. Bu da neft qiymətlərinə öz müsbət təsirini göstərəcək. Ona görə də 2021-ci ilin büdcəsində neftin 1 barelinin 40 dollar götürülməsi məqsədəuyğundur”.
Gələn ilin dövlət büdcəsində koronavirus pandemiyası ilə mübarizənin davam etdirilməsi üçün də əlavə vəsaitin ayrıldığını deyən Maliyyə naziri Samir Şərifov bildirib ki, bu məbləğ 261 milyon manat nəzərdə tutulub: “Sosial iqtisadi tədbirlərin davam etdirilməsi, iqtisadi fəallığa dəstək tədbirlərinin həyata keçirilməsi üçün müvafiq olaraq 161 milyon manat və 288 milyon manat vəsait ayrılıb”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, Qarabağa böyük qayıdış, işğaldan azad edilmiş torpaqların bərpa edilərək Azərbaycan iqtisadiyyatına transferinin gerçəkləşdirilməsi gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək: “Bizim hazırda əsas dövlət siyasətimiz bu ərazilərin bərpa edilməsi, vətəndaşların öz torpaqlarına qayıtmasıdır. Pandemiyadan sonra dünya iqtisadiyyatının canlandırılması fonunda ölkə iqtisadiyyatının da qeyri-neft sektorunun inkişafı planlaşdırılır”.
Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsinin qorunub saxlanıldığını deyən Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, əgər cari ildə bu məsələyə gedilmədisə, indi bu məsələnin aktuallığını düşünmək olmaz: “Ölkədə makroiqtisadi proqnozlar hazırlanarkən hər təşkilat özünün proqnozunu təqdim etdi. Bununla bağlı da pul kredit siyasəti müəyyənləşib. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Qoy heç kim aktivliyimizə xələl gətirməyə çalışmasın”.
Mərkəzi Bankın sədri onu da bildirib ki, bütün ərazilərimizdə manatın işləməsi təmin olunacaq.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.