Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1688
23.12.2020, 20:05
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
Nazirlər Kabinetindən Oxu24.com-a verilən məlumata görə, səfər zamanı Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparıb.
Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırılıb. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilib. Həmçinin ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.
İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilib.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran İslam Respublikası ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib.
Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırıb.
Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
“Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilmiş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanıb, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılıb.
Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.