Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
16559
23.12.2020, 11:48
"Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığa söykənən "bir millət, iki dövlət” ruhu ilə müəyyən olunan münasibətlərimiz, hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər münasibətlərimizin arxasında duran ən əhəmiyyətli qüvvədir”.
"Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisində MHP-nin İğdır millət vəkili Yaşar Karadağ Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən bildirib.
Karadağ Türkiyə Respublikası olaraq hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və bundan sonra da belə olacağını deyib:
"Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün 44 günlük İkinci Qarabağ Müharibəsində böyük bir qəhrəmanlıq nümunəsi sərgilədi, işğal olunmuş əraziləri xilas etdi və dünyanın laqeyd qaldığı zülmü sona çatdırdı”, - deyə millət vəkili bildirib.
CHP-nin İzmirdən millət vəkili Mahir Polat isə 2020-ci ilin fevralın 25-də Preferensial Ticarət Sazişinin protokollarının imzalandığını xatırladıb və bu zaman ərzində görülən işlərdən danışıb.
Müzakirələrdən sonra, "Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi” Böyük Millət Məclisində qəbul edilib.
Təklif qəbul edildikdən sonra Türkiyə Böyük Millət Məclisinin iclası yekunlaşıb.
Preferensial rejim nədir?
Preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.
Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir.
Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da buraya daxildir.
Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.