Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
14623
18.12.2020, 23:59
“Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.
“Orada hazırda nələr baş verməsinə gəldikdə isə, Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb.
Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar.
Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Dünyanın bəlkə də son yüzilliklərdə belə vəziyyət görmədiyini vurğulayan Azərbaycan Prezidenti deyib:
“Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Lakin ermənilərin oradan çıxmalı olduğu 20 günlük və ya 15 günlük müddətdə - noyabrın 10-dan dekabrın 1-dək ermənilər həmin binaları yandırıb və dağıdıblar.
Onlar hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə köçmüşdülər. Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar. Ona görə də bu vandalizm, təəssüf ki, indiyə qədər davam edirdi”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.