Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm" +VİDEO

İlham Əliyev: \\\"Mən Minsk qrupunu səfərə dəvət etməmişəm\\\" +VİDEO

SİYASƏT

8030

12.12.2020, 21:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”. 

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bildirib.

Dövlət başçısı deyib ki, ona məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, deyib ki, etiraz etmir:

“Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.