Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1096
11.12.2020, 00:35
"Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək".
Oxu24.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bölgədə infrastrukturu formalaşdırmaq istiqamətində atılacaq addımlardan danışarkən söyləyib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib:
“Arzu edirik ki, inşallah, bu yolları başa çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik. Şəhidlərimizin ruhlarını da şad edək.
Bu qədər şəhidlərimiz var, qazilərimiz yaralıdır. Onlara Allahdan şəfalar diləyirik. Şəhidlərimiz bir amala inanaraq şəhid oldular. Bütün şəhidlərimizin ruhunu şad etmək lazımdır. Onların ruhlarının məkanlarından bu sədanı duymalıyıq.
Duya biləcəyikmi? İnşallah, duyacağıq. Çünki onlar ölməyiblər, onlar yaşayırlar. Bu gün qazilərimizi gördükdə xüsusilə məmnun olduq.
Onlar boş yerə qazi olmadılar. Bu qaziliyin altında yatan bir amal var. O nədir? Bu qazilik Qarabağı əsl sahiblərinə qaytarmaq üçün idi və bu qazilər bunu şəhidlərlə birlikdə bacardılar”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.