Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1602
08.12.2020, 21:20
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana baş tutacaq səfəri ərəfəsində qardaş ölkənin Azərbaycandakı səfirinin dəyişdirilməsi diqqət çəkir.
Sfera.az xatırladır ki, keçmiş səfir Erkan Özoralı bu postda Ahmet Demirok əvəzləyəcək.
Müstəqil ekspertlər isə Ərdoğanın səfərindən bir neçə saat öncə belə bir dəyişiklik edilməsini təsadüfi saymır. Çünki keçmiş səfir Erkan Özaralın adı Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovla işbirliyində hallandırılırdı.
Qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri haqda bu cür iddiaların dolaşması isə şübhəsiz ki, arzuolunan deyildi. Odur ki, Erkan Özaralın əvəzlənməsi Azərbaycan ictimai rəyində müsbət qarşılanmışdır.
Xatırladaq ki, bir müddət öncə Əli Həsənovun müalicə məqsədilə Türkiyəyə getməsindən sonra tanınmış vəkil Aslan İsmayılov Erkan Özaralın onunla şübhəli işbirliyi haqda ilginc məlumatlar paylaşmışdı. Gəlin, Aslan İsmayılovun o zamankı açıqlamasına təkrar göz ataq:
"Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin "Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər.
Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Ərkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır. Özü də əminəm ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil. Bunun daha dərin olmasına şübhəm yoxdur.
Bunu aydınlaşdırmaq üçün ən azından Ərkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir.
Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.