Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4355
az

ABŞ sanksiyaları Ermənistanı da vuracaq

23:5608 Avqust, 2018
1114
SİYASƏT
  • A
 ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq.

Bunu İran məsələləri üzrə erməni eksperti Karen Veranyan yerli KİV-ə müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan "Mehri” azad iqtisadi zonasının fəaliyyətini iflic edəcək. Çünki bu layihə daha çox İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə ortaya atılıb. Bu isə Ermənistanın həmin layihə vasitəsilə Avrasiya İqtisadi Birliyi və Çindən investisiyalar cəlb etmək arzusunu da puç edir.

"ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən, onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan "Mehri” azad iqtisadi zonasında İran şirkətlərilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər.” – deyə, Veranyan bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransanın ədalətsiz hərəkətləri ilə bağlı BƏYANAT
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı
Zelenskinin legitimliyi bitib - Putin

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş