Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Putindən nəhayət ki, “molodes” aldı

Paşinyan Putindən nəhayət ki, “molodes” aldı

SİYASƏT

1459

02.12.2020, 22:17

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatları dövlət başçılarının videoformatda konfransı keçirilib.

Oxu24.com “Moskovskiy komsomolets” qəzetinə istinadən xəbər verir ki,  videokonfransda maraqlı anlar yaşanıb. Məsələn, bütün zamanlarda və son siyasi böhranın ən yüksək dövründə Moskvanın ona verdiyi dəstək barədə Lukaşenko 30 dəqiqəlik çıxışı zamanı bir kəlmə də olsun danışmadı. Bu isə Vladimir Putinin heç də xoşuna gəlmədi. Bu vəziyyətdən isə Nikol Paşinyan lazımınca yararlandı. Belə ki, Ermənistanın baş naziri  çıxışı zamanı Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyi üçün Rusiyaya və şəxsən Putinə təşəkkür etdi. Onun sözlərinə görə, “Qarabağdakı vəziyyət tədricən sabitləşir, lakin hələ də həll olunmamış bir sıra təcili vəzifələr var. İlk növbədə əsir və məhbusların mübadiləsi, habelə öldürülənlərin cəsədlərinin qaytarılması… Erməni tərəfi bu istiqamətdə hərəkətlərini gücləndirməyə hazırdır və Azərbaycanın qarşılıqlı addımlarını gözləyir. Hərbi əsirlərə qarşı şiddət və ləyaqətlərinin alçaldılması hallarını istisna etmək lazımdır!” – deyə erməni lider fikrini tamamladı.

Əvvəllər açıq şəkildə Paşinyanı bəyənmədiyini biruzə verən Vladimir Putin bu dəfə ondan razı qaldı. Və bunu çıxışında da sezdirdi və sətiraltı Paşinyanı Lukaşenko və digər liderlərə nümunə göstərdi. Rusiya prezidenti dedi ki, “Ermənistan baş naziri bir müddət əvvəl böyük şəxsi cəsarət tələb edən çətin qərarlar qəbul etməli idi. O bunu çox böyük qətiyyətlə etdi”.

Putin hətta KTMT həmkarlarını Paşinyana və komandasına açıq şəkildə dəstək olmağa çağırdı. “Görüşümüzdə iştirak edənlərin hamısı bu cür məsuliyyətin dərəcəsini başa düşməli  və lazımı anda bu məsuliyyəti  öz üzərinə götürməyi bacarmalıdır”.

Bəli, Paşinyan son iki ayın siyasi gərginliyindən sonra bu gecə ilk dəfə rahat yata bilər. Paşinyan bir zamanlar bəyənmədiyi ağasından nəhayət ki,”molodes” aldı.