Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevdən uşaqlara dair VACİB SƏRƏNCAM

İlham Əliyevdən uşaqlara dair VACİB SƏRƏNCAM

SİYASƏT

1147

27.11.2020, 16:22

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;
Həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.