Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi
15 Noyabr 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
721
25.11.2020, 18:37
Rusiya və Türkiyə xüsusilə Suriyada ortaq sülhməramlı fəaliyyət təcrübəsinə malikdir. Moskva və Ankaranın bu təcrübəsi ərazilər üzərində nəzarət və təhlükəsizliyin yaradılmasında çox effektiv istifadə ediləcək.
Oxu24.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, İdlib bölgəsi landşaft və iqlim baxımından Qarabağa bənzəyir, buna görə də qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı heç bir problem olmayacaq.
Ekspert bildirib ki, Rusiya hərbçilərinin meydana çıxması Kəlbəcərdə sonuna qədər “döyüşməyə” hazır olduqlarını bəyan edən erməni radikallarının “alovlarını” söndürdü:
“Rusiya bu cür təxribat və üsyançı, partizan hərəkatlarla mübarizə sahəsində əla təcrübəyə malikdir. Vaxtilə beynəlxalq islamçılar tərəfindən dağlıq Çeçenistanda “Qafqaz Camaatı” yaratmaq cəhdi oldu və hətta elan edilmişdi. Bu baş verdikdə heç kim ərazini təmizləmək üçün qoşun göndərmədi. Sadəcə əsas bölgələr zəbt edildi, üsyançıların hamısı dağlara qovuldu və qışı orada keçirməyə məcbur edildi. Baharda isə zəiflədilər və xüsusi təyinatlı qüvvələr tərəfindən məhv edildilər.
Təxminən eyni ssenari Kəlbəcərdə də ola bilərdi. Erməni ultra millətçiləri ərazini tərk etməsəydi, tamamilə eyni aqibətlə üzləşəcəkdi. Onlar “qəhrəman” kimi ölməyəcəkdi, dağların zirvəsində donan cəsədləri yazda Azərbaycan xüsusi təyinatlı dəstələri tərəfindən götürüləcəkdi.
Sülhməramlıların münaqişə zonasına gətirilməsi Ermənistan tərəfinin hərbi-siyasi təxribatlarını tamamilə ümidsiz və qeyri-mümkün edir. Və bu mənada, Azərbaycan yeni azad edilmiş və ya dövlət yurisdiksiyasına qaytarılan ərazilər üzərində dövlət suverenliyinin qurulması məsələsində çox böyük yardım alır”.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.