Prezident TƏSDİQLƏDİ:Yeni qayda belə OLACAQ
16 Noyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
865
04.10.2020, 12:25
Ermənistan Baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N. Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır.
Bu barədə OXU24.COM-A Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin xalqa müraciətinə dair şərhində məlumat verilib.
Bildirilib ki, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala son qoymaq tələblərini görməzlikdən gələn Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə dini çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir.
“Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb olunmasına nail olmaq. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və 27 iyul tarixindən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr həyata keçirir.
Ermənistan Baş nazirinin “ermənilərə qarşı soyqırımı” siyasətinin həyata keçirilməsi ilə bağlı cəfəng fikirlərinə gəldikdə isə, müharibə dövründə Azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirdiyini və dinc insanları hədəfə almadığını vurğulayırıq.
Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Ermənistan rəhbərliyinin bölgədə yaranmış vəziyyətə görə öz birbaşa məsuliyyətini ört-basdır etmək məqsədilə atdığı hər bir addım uğursuzluğa düçardır”, - deyə qeyd olunub.
12:18 / 16 Noyabr 2026
97
12:16 / 16 Noyabr 2026
39
12:12 / 16 Noyabr 2026
46
12:08 / 16 Noyabr 2026
56
12:04 / 16 Noyabr 2026
265
12:03 / 16 Noyabr 2026
45
11:58 / 16 Noyabr 2026
52
11:51 / 16 Noyabr 2026
101
11:44 / 16 Noyabr 2026
79
11:40 / 16 Noyabr 2026
62
11:33 / 16 Noyabr 2026
61
11:26 / 16 Noyabr 2026
90
11:20 / 16 Noyabr 2026
68
11:11 / 16 Noyabr 2026
71
11:06 / 16 Noyabr 2026
74
11:01 / 16 Noyabr 2026
74
10:57 / 16 Noyabr 2026
100
10:46 / 16 Noyabr 2026
77
10:41 / 16 Noyabr 2026
136
10:40 / 16 Noyabr 2026
108
10:37 / 16 Noyabr 2026
93
10:23 / 16 Noyabr 2026
99
10:04 / 16 Noyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.