Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38210
az

Kişilərin diqqətinə! Prezident hərbi ilə bağlı sərəncam imzaladı

09:0127 Avqust, 2020
4984
SİYASƏT
  • A
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Oxu24.com xəbər verir ki, sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada xaricə pul köçürmələrlə bağlı da limit qoyuldu
Ukrayna DİN rus əsirlərin geri qaytarılma şərtini açıqladı: “Anaları gəlsin…”
XARKOVA HÜCUM DƏF EDİLDİ - Ruslar şəhərdə mülki obyektləri bombalayır + VİDEOLAR (Yenilənib)

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
"Real"ın 19 yaşlı futbolçusu karyerasını bitirdi
Qaxda ağır qəza - Azyaşlı öldü