Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov bu bölmənin rəisi və əməkdaşlarını İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov bu bölmənin rəisi və əməkdaşlarını İŞDƏN ÇIXARDI

SİYASƏT

4122

26.08.2020, 11:31

Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.
Oxu24.com -un unikal.org-a istinadən verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb. Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən Unikal.org-a təsdiqləyiblər.