Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
17 May 2026, 10:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1087
24.07.2020, 21:50
İyulun 24-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə
heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayaraq Ermənistanın 12 iyul 2020-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı təşkil etdikləri dinc nümayişlərə erməni millətçiləri tərəfindən edilən hücumlar və zorakılıq faktları barədə məlumatlandırıb və bu zorakılğı nümayiş etdirən fotoşəkilləri onlara təqdim edib.
APA xəbər verir ki, Azay Quliyev erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktlarını, eləcə də diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq etdiklərini və onlara bədən xəsarəti yetirdiklərini nümayəndə heyətlərinin rəhbərlərinin diqqətinə çatdıraraq bu cür nifrət, təcavüz və zorakılıq cinayətlərinin yolverilməzliyini və onların yerli qanunvericilik, beynəlxalq hüquqla qadağan edildiyini və ATƏT-in müvafiq prinsipləri ilə tam ziddiyyət təşkil etdiyini bildirib.
ƏTRAFLI
Red Bull
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xarici həmkarlarından Azərbaycanlılara qarşı açıq cinayət törətmiş ermənilərin qanun qarşısında cavab vermələri məsələsini nəzarətdə saxlamağı xahiş edib və analoji cinayətlərin təkrarlanmasına yol verməmək istiqamətində parlament səviyyəsində də səylərin göstərilməsinin vacibliyini nümayəndə heyətləri rəhbərlərinin diqqətinə çatdırıb.
Azay Quliyev ATƏT PA-nın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığının artırılması baxımından bütün imkanlarının səfərbər olunmasının əhəmiyyətini xatırladaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi, 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin daha fəal olmağa çağırıb.
Nümayəndə heyətlərinə göndərilən məktubların surəti ATƏT PA-nın prezidenti Georgi Sereteli və Baş katibi Roberto Montellaya da təqdim olunub.
10:29 / 17 May 2026
1
10:26 / 17 May 2026
14
10:23 / 17 May 2026
22
10:20 / 17 May 2026
22
10:18 / 17 May 2026
30
10:16 / 17 May 2026
34
10:13 / 17 May 2026
93
10:12 / 17 May 2026
26
10:10 / 17 May 2026
25
10:07 / 17 May 2026
27
08:30 / 17 May 2026
57
23:59 / 16 May 2026
109
23:52 / 16 May 2026
167
23:48 / 16 May 2026
175
23:31 / 16 May 2026
245
23:28 / 16 May 2026
460
23:24 / 16 May 2026
231
23:17 / 16 May 2026
278
23:16 / 16 May 2026
133
23:01 / 16 May 2026
471
22:55 / 16 May 2026
102
22:48 / 16 May 2026
328
22:45 / 16 May 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.