Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
516
24.07.2020, 20:11
İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.
Spiker Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.
Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlər dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə pisləyib.
Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi, Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.
Görüşün sonunda Rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib. Milli Məclis sədri Sahibə Qafarova öz növbəsində COVİD-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.
08:30 / 17 May 2026
13
23:59 / 16 May 2026
98
23:52 / 16 May 2026
141
23:48 / 16 May 2026
151
23:31 / 16 May 2026
210
23:28 / 16 May 2026
355
23:24 / 16 May 2026
182
23:17 / 16 May 2026
231
23:16 / 16 May 2026
117
23:01 / 16 May 2026
409
22:55 / 16 May 2026
95
22:48 / 16 May 2026
291
22:45 / 16 May 2026
199
22:35 / 16 May 2026
526
22:27 / 16 May 2026
843
22:26 / 16 May 2026
160
22:07 / 16 May 2026
141
21:48 / 16 May 2026
113
21:32 / 16 May 2026
140
21:10 / 16 May 2026
269
20:41 / 16 May 2026
232
20:13 / 16 May 2026
286
20:01 / 16 May 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.