Prezident hər kəsin gözlədiyi Qanunu TƏSDİQLƏDİ! Bu pulları dövlət ödəyəcək
20 Fevral 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1181
09.06.2020, 21:03
“Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.
Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında səsləndirib.
Dövlətimizin başçısı bildirib ki, ölkəmiz, eyni zamanda, sənaye imkanlarından da istifadə edib:
“Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik.
Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində.
Həmçinin oxuyun
Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri.
Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.
10:49 / 21 Fevral 2026
55
10:42 / 21 Fevral 2026
122
10:38 / 21 Fevral 2026
24
10:37 / 21 Fevral 2026
24
10:18 / 21 Fevral 2026
84
10:17 / 21 Fevral 2026
29
10:00 / 21 Fevral 2026
375
08:55 / 21 Fevral 2026
112
08:46 / 21 Fevral 2026
49
02:09 / 21 Fevral 2026
80
00:33 / 21 Fevral 2026
113
23:55 / 20 Fevral 2026
126
23:53 / 20 Fevral 2026
101
23:49 / 20 Fevral 2026
210
23:30 / 20 Fevral 2026
93
23:28 / 20 Fevral 2026
108
23:22 / 20 Fevral 2026
95
23:20 / 20 Fevral 2026
93
23:17 / 20 Fevral 2026
94
23:12 / 20 Fevral 2026
94
23:12 / 20 Fevral 2026
130
22:58 / 20 Fevral 2026
190
22:54 / 20 Fevral 2026
3575
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.