Prezident İlham Əliyev sakinlərlə görüşdə nə deyib? — TAM MƏTN
10 May 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1585
29.05.2020, 19:40
Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.
Oxu24.com -un məlumatına görə, qərara əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.)
- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Qərara əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
Həmçinin bildirilir ki, bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
00:40 / 11 May 2026
21
00:29 / 11 May 2026
111
00:17 / 11 May 2026
146
23:54 / 10 May 2026
155
23:46 / 10 May 2026
127
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
297
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
162
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
89
17:59 / 10 May 2026
176
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.