Sülh, təhlükəsizlik və Orta Dəhliz: Aİ-nin Cənubi Qafqaz strategiyası nədən ibarətdir?
18 Noyabr 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1332
29.05.2020, 09:10
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat veriblər.
Bildirilib ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Qeyd edilib ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.
Dövlətimizin başçısına və birinci xanıma ərazidə özəl şirkətlər tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.
Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, bağçada balacalara bilik öyrətməklə yanaşı, onların istedadlarını üzə çıxarmaq, potensiallarını aşkarlamaq üçün hərtərəfli imkan var.
18:05 / 18 Noyabr 2026
1
18:00 / 18 Noyabr 2026
23
17:51 / 18 Noyabr 2026
40
17:49 / 18 Noyabr 2026
59
17:45 / 18 Noyabr 2026
58
17:25 / 18 Noyabr 2026
82
17:20 / 18 Noyabr 2026
87
17:20 / 18 Noyabr 2026
107
17:11 / 18 Noyabr 2026
254
17:05 / 18 Noyabr 2026
90
16:52 / 18 Noyabr 2026
211
16:45 / 18 Noyabr 2026
93
16:43 / 18 Noyabr 2026
98
16:41 / 18 Noyabr 2026
92
16:26 / 18 Noyabr 2026
159
16:21 / 18 Noyabr 2026
424
16:05 / 18 Noyabr 2026
107
16:00 / 18 Noyabr 2026
125
15:35 / 18 Noyabr 2026
119
15:32 / 18 Noyabr 2026
127
15:28 / 18 Noyabr 2026
127
15:22 / 18 Noyabr 2026
434
15:16 / 18 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.