Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
28 Aprel 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
653
10.03.2020, 13:22
Bu gün yeni çağırış Milli Məclisin ilk iclasında parlament sədri və vitse-spikerlər müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər.
Hakimiyyətin qanunverici qanadının yeni rəhbərliyinin tərcümeyi-halını təqdim edirik.
Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, filologiya elmləri doktoru, professordur.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.
2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib.
Azərbaycan Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.
Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.
1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.
1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
1988-1989-cu illərdə hərbi xidmət keçib.
Həmçinin oxuyun
1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1991-1995-ci illərdə Ali Məhkəmədə, 1995-1996-cı illərdə Prezidentin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin ildən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Adına bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi məqalə var.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994-2003-cü illərdə Səbail rayon 39-cu Polis Bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2005-ci ildə Prezidentin fərmanı ilə “İgidliyə görə” dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
Adil Əliyev Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.
00:43 / 29 Aprel 2026
8
23:49 / 28 Aprel 2026
19
23:42 / 28 Aprel 2026
37
23:38 / 28 Aprel 2026
46
23:26 / 28 Aprel 2026
118
22:48 / 28 Aprel 2026
59
22:46 / 28 Aprel 2026
93
22:28 / 28 Aprel 2026
133
21:58 / 28 Aprel 2026
58
21:40 / 28 Aprel 2026
74
21:29 / 28 Aprel 2026
93
21:18 / 28 Aprel 2026
70
21:04 / 28 Aprel 2026
93
20:50 / 28 Aprel 2026
92
20:39 / 28 Aprel 2026
99
20:19 / 28 Aprel 2026
83
20:11 / 28 Aprel 2026
144
20:10 / 28 Aprel 2026
77
20:06 / 28 Aprel 2026
60
19:59 / 28 Aprel 2026
77
19:58 / 28 Aprel 2026
79
19:57 / 28 Aprel 2026
66
19:56 / 28 Aprel 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.