Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25527
az

Baş nazirdən qərar: Bir ton üçün bir manat rüsum

14:5202 Mart, 2020
530
SİYASƏT
  • A

"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Oxu24.com   xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, reaktiv mühərriklər üçün "TC-1” markalı yanacağın bir tonu üçün bir manat rüsum tutulsun.

Reaktiv mühərriklər üçün digər yanacaq növlərinin bir tonuna 80 manat rüsum müəyyən edilib.

"KO-20” markalı işıqlandırıcı kerosin və "KT-2” markalı texniki məqsədlər üçün kerosinin bir tonuna bir manat rüsum tətbiq ediləcək.

Digər məqsədlər üçün kerosin idxalının bir tonuna isə 80 manat rüsum müəyyənləşdirilib.

Nazirlər Kabinetinin bu qərarı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Müvafiq qərar fevralın 27-də imzalanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb
Xocalı bu gün belədir - Prezidentin səfərindən FOTOLAR
TBMM sədri:

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş