Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2455
az

Ermənistanın nazir müavini Putini belə söyürdü

20:1231 May, 2018
1150
SİYASƏT
  • A
 Hər şeydən bəlli olur ki, yeni Ermənistan hakimiyyəti qərbyönümlü olacaq və Rusiyaya meyldən danışmağa ehtiyac qalmır. Hökumətdə aparılan kadr dəyişiklikləri də buna bariz nümunədir.

Ermənistanda Babken Ter-Qriqoryanın diaspor nazirinin müavini vəzifəsinə gətirilməsi xüsusi diqqət çəkib. Bunu hətta nazir Mxitar Ayrapetyan da xüsusi fəxrlə qeyd edib.

Babken Ter-Qriqoryan Parisdə anadan olub və ABŞ-da böyüyüb. “The HALO Trust”, “Transparency International” və BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edib. Eyni zamanda, Açıq Cəmiyyət Fondu – Ermənistan layihələrinin koordinatoru olub. Qeyd etməyə dəyər ki, sadalanan təşkilatların hamısı Corc Soros tərəfindən maliyyələşdirilir.2018-ci ilin fevral ayından Babken Ter-Qriqoryan “dqr”in “insan hüquqlarının müdafiəsi” üzrə müşaviri və eyni zamanda Ermənistan baş nazirinin iqtisadi məsələlər üzrə müşavirinin müavini olub.

Ən maraqlısı isə odur ki, Babken Ter-Qriqoryan anti-Rusiya aksiyalarında əlində şüarlarla iştirak edib. Belə plakatlardan birində Putinə qarşı söyüş də yer alıb.

Ermənistan KİV-ləri bildirir ki, hu cür adamın Rusiyanın maraqlarını güdəcəyinə inanmaq xeyli çətindir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU