Qaynar xətt:

(+99450) 247 90 86

Əli Həsənov deputat olacaq? - ÖZÜ CAVABLADI

Əli Həsənov deputat olacaq? - ÖZÜ CAVABLADI

SİYASƏT

869

24.12.2019, 12:24

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və iqtisadçılar da parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

 

Oxu24.com   xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Əli Həsənov bildirib ki, yayılan xəbərlər şayədir: 

"Mən bununla bağlı heç bir fikir səsələndirməmişəm. Əgər belə bir fikrim olsa, ictimaiyyəti özüm məlumatlandıracam".