Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21207
az

Şəmkir RİH sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib - FOTO

23:0120 Dekabr, 2019
501
SİYASƏT
  • A
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib. Şəmkir rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib. “Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb. Hər bir ölkə vətəndaşı kimi icra başçısının da şəhid anasının əlindən öpməsi normal haldır. Bunun müzakirəyə çıxarılması gərəksizdir və bu hal ilk dəfə deyil ki, yaşanır. Cənab başçı əvvəllər də Aprel döyüşləri zamanı şəhid olan övladlarımızın ailələrinə baş çəkib, özünü o anaların övladı hesab edərək həmin yaşlı şəhid analarının əlindən öpüb. Şəmkir rayon icra hakimiyyətinin başçısı onlarla bir rayon rəhbəri kimi yox bir oğul kimi davranıb və özünü həmin ailədən hesab edərək öz anası kimi həmin analara hörmətlə yanaşıb və özünü bir şəhid anasının övladı sayaraq onların əlindən öpüb. Hər bir şəhid anası bilir ki, Alimpaşa Məmmədov onlar üçün tək rayon rəhbəri yox, həm də bir övladıdır. Yəni bu cür davranış heç bir fərqli məqsəd daşımır sadəcə böyüyə, şəhid valideyninə olan hörmətdir. Onu da bildirək ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hətta vətəndaş görüşləri zamanı hər bir vətəndaşı səmimi şəkildə qəbul edir, onları bir dost kimi bir yaxınları kimi dinləyir, problemlərilə maraqlanır”. Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı və onun birinci müavinin saxlanılması barədə yayılan məlumatlardan sonra sosial şəbəkələrdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü foto müzakirələrə səbəb olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
"Bundan sonra da Azərbaycanla bir yumruq, bir ürək olacağıq" - Türkiyə Müdafiə Nazirliyi
Qriqoryan: İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi