Vens İranla danışıqlar üçün Pakistana GETDİ
10 Aprel 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
864
20.12.2019, 09:14
Bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. Bir neçə inkişaf etmiş ölkəni qabaqlamışıq. Hələ mən Davos reytinqlərini demirəm, onu dəfələrlə demişəm. Bax, budur bugünkü Azərbaycan.
Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədəki çıxışında deyib.
Həmçinin oxuyun
"Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır.
Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq", - İ.Əliyev qeyd edib.
00:32 / 11 Aprel 2026
8
00:13 / 11 Aprel 2026
45
23:52 / 10 Aprel 2026
47
23:38 / 10 Aprel 2026
47
23:19 / 10 Aprel 2026
61
23:05 / 10 Aprel 2026
88
22:51 / 10 Aprel 2026
123
22:45 / 10 Aprel 2026
103
22:11 / 10 Aprel 2026
77
22:07 / 10 Aprel 2026
164
21:48 / 10 Aprel 2026
135
21:29 / 10 Aprel 2026
329
21:19 / 10 Aprel 2026
122
20:55 / 10 Aprel 2026
207
20:53 / 10 Aprel 2026
108
20:47 / 10 Aprel 2026
429
20:45 / 10 Aprel 2026
88
20:36 / 10 Aprel 2026
303
20:29 / 10 Aprel 2026
277
20:18 / 10 Aprel 2026
108
20:05 / 10 Aprel 2026
95
19:51 / 10 Aprel 2026
180
19:37 / 10 Aprel 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.