Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq: Yeni mərhələ və genişlənən imkanlar
10 Aprel 2026, 16:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
661
18.12.2019, 10:42
Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdır.
Verilən məlumata görə, siyahı ya bu həftənin sonunadək elan olunacaq, ya da gələn həftə keçiriləcək bələdiyyə seçkisindən sonra açıqlanacaq.
Həmçinin oxuyun
Hakim partiyanın siyahısında sürpriz adların olacağı qeyd olunur. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə biləcəyik.
Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.
O da qeyd olunur ki, V çağırış Milli Məclisin bir neçə yaşlı deputatının təcrübəsindən yararlanmaq üçün onların namizədliyi yenidən dəstəklənəcək.
Bundan başqa, adı qalmaqallı hadisələrdə hallanmış və nəticədə ictimaiyyət arasında hakim partiyanın nüfuzuna xələl gətirmiş bəzi YAP-çı deputatların da üstündən xətt çəkildiyi vurğulanır. Yenidən namizədliyinin irəli sürüləcəyi gözlənilən bəzi YAP-çı deputatların da budəfəki siyahıda yer almadığı barədə məlumatlar var.
Xatırladaq ki, V çağırış Milli Məclisdə 69 YAP-çı deputat var.
18:10 / 10 Aprel 2026
11
17:59 / 10 Aprel 2026
30
17:24 / 10 Aprel 2026
40
17:13 / 10 Aprel 2026
46
17:06 / 10 Aprel 2026
45
16:56 / 10 Aprel 2026
50
16:47 / 10 Aprel 2026
58
16:34 / 10 Aprel 2026
766
16:31 / 10 Aprel 2026
59
16:27 / 10 Aprel 2026
62
16:24 / 10 Aprel 2026
64
16:12 / 10 Aprel 2026
62
16:01 / 10 Aprel 2026
66
15:50 / 10 Aprel 2026
172
15:40 / 10 Aprel 2026
140
15:38 / 10 Aprel 2026
68
15:29 / 10 Aprel 2026
93
15:29 / 10 Aprel 2026
170
15:18 / 10 Aprel 2026
2018
15:03 / 10 Aprel 2026
84
14:52 / 10 Aprel 2026
65
14:36 / 10 Aprel 2026
288
14:35 / 10 Aprel 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.