Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20882
az

İlqar Eyyubov: "Xalqın səsi parlamentdə, mediada və ictimai müzakirələrdə daha çox eşidilməlidir"

19:0616 Dekabr, 2019
1488
SİYASƏT
  • A
"Dövlətin idarə edilməsində gənc nəslin rolu artmaqda, ictimai nəzarət güclənməkdədir." Bunu Femida.az-a hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubov deyib. O bildirib ki, əsas qanunumuz olan Konstitusiya hər bir vətəndaşa dövlətin ictimai-siyasi həyatında iştirak etməsi üçün geniş imkanlar yaradır: "Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, siyasi maarifləndirmə işləri, insan hüquq və azadlıqlarının təmini istiqamətində atılan addımlar, vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə sıx əlaqə qurmasının nəticəsi olaraq ictimai nəzarətin güclənməsi sferasında mühüm işlər görülür. Xüsusən qeyd etməliyik ki, bu sahədə gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi əsas yer tutur. Güclü və aktiv qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Son zamanlar Azərbaycanda gənclərin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə, yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə təmsil olunmaqları üçün çox böyük imkanlar yaradılmaqdadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, "Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Qeyd edilən məsələyə professional yanaşmanın məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”. Eyni zamanda dünya təcrübəsindən faydalanaraq bildirməliyik ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması idarəetmənin ən effektiv üsullarındandır. Sonda xüsusilə vurğulamalıyam ki, gənclərin rolunun idarəetmədə artırılması ilə bərabər ictimai nəzarətin möhkəmləndirilməsi tədbirləri olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Qloballaşan və sürətlə inkişaf edən müasir dövrdə qabaqcıl dünya ölkələrinin inkişafı üçün məhz dövlət idarəetməsində vətəndaş həmrəyliyinin ifadə edilməsi, habelə ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Bu ondan irəli gəlir ki, nəinki inzibati orqanlar, idarəetmə orqanları, rəhbər orqanları, eləcə də ölkənin hər bir vətəndaşı idarəetmə orqanlarına nəzarət etməlidir. Əgər ictimai nəzarət olarsa, özlərini daha məsuliyyətli hiss edərlər, öz işlərinə daha diqqətlə yanaşarlar. Belə idarəetmə demokratiyanın ən yüksək təzahürlərindəndir. Təbii ki, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bizim ictimaiyyət bu halların baş verməsi zamanı kənarda qalmayaraq, dərhal reaksiya verir. Belə də olmalıdır, İnsanlar üzləşdikləri problemləri bildirməli, şikayətlərini müvafiq orqanlara çatdırmalıdırlar. Ona görə də xalqın səsi parlamentdə, mediada və ictimai müzakirələrdə daha çox eşidilməlidir." - deyə hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubov qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
Fransada 100-ə yaxın namizəd ikinci turda iştirakdan imtina etdi -SƏBƏB
“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM