Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20247
az

YAP seçkilərə BU namizədlərlə GEDƏCƏK - Siyavuş Novruzov AÇIQLADI

14:5405 Dekabr, 2019
1327
SİYASƏT
  • A

Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.

 

Bunu   Müsavat qəzetinin canlı yayımında   bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:

“Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.

S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:

“Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu”.

Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:

“Hazırda bu müzakirələr demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik.”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb
Xocalı bu gün belədir - Prezidentin səfərindən FOTOLAR
TBMM sədri:

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş