Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18591
az

Əliyevlə Putin görüşdü

16:3503 Oktyabr, 2019
1186
SİYASƏT
  • A
 
"Dəvətə görə çox sağ olun, Vladimir Vladimiroviç.

Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm".

Oxu24.com -un  xəbərinə görə, bunu oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq.

Dəvət üçün bir daha sağ olun", - dövlət başçısı əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı