Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1837
az

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir

20:4116 May, 2018
1864
SİYASƏT
  • A
 Yerevandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.

“Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular – onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”, - virtualaz.org xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.  Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır.

“Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar”, - o bildirib.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər.

“Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər əslində simvolik, sırf deklarativ xarakter daşıyır”, - o vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu