Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb
25 Noyabr 2026, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
64
25.11.2026, 11:50
Azərbaycanın müasir dövlətçilik tarixində 25 noyabr xalqımızın doğma torpaqlarına qovuşmaq əzminin, dövlətimizin siyasi qüdrətinin və milli iradəsinin tarixi nəticəyə çevrildiyi əlamətdar günlərdən biridir. Kəlbəcərin işğaldan azad edilməsi 27 il davam edən yurd həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın qərb sərhədlərində tamamilə yeni siyasi, strateji və iqtisadi inkişaf perspektivləri yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi nailiyyət əsrlər boyu Azərbaycan xalqının zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini və qədim yaşayış ənənələrini özündə yaşadan Kəlbəcərin taleyində yeni mərhələnin başlanğıcı oldu. Bu gün doğma yurdlarına qayıdan kəlbəcərlilərin öz ata-baba torpaqlarında yenidən həyat qurması tarixi Zəfərimizin ən qiymətli nəticələrindən biridir.Azərbaycanın ən yüksək dağlıq rayonlarından olan Kəlbəcər tarixi, arxeoloji və etnomədəni xüsusiyyətlərinə görə müstəsna əhəmiyyətə malikdir. Toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etməsi, ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənlərinin, altı minillik qayaüstü təsvirlərin və qədim yazı nümunələrinin aşkarlanması bölgənin zəngin keçmişindən xəbər verir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, Soltan Heydər, Ayçınqıllı və Gəlinqayası ərazilərindəki arxeoloji tapıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından qiymətli elmi mənbələrdir. Camışdağ və Dəlidağ zirvələri, sıx meşələr, mineral bulaqlar və geniş yaylaqlar isə Kəlbəcərin əsrlər boyu formalaşmış təsərrüfat və mədəni həyatının təbii əsaslarını təşkil edib. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrini yetişdirən bu diyar milli ədəbiyyatımızın və şifahi xalq yaradıcılığımızın inkişafına da böyük töhfələr verib.
Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.
Rövşən Muradov xatırladıb ki,1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Həmin dövrdə Azərbaycanın üzləşdiyi siyasi böhran və hərbi çətinliklər şəraitində Kəlbəcərin itirilməsi münaqişənin coğrafiyasını genişləndirməklə yanaşı, ölkəmizin milli təhlükəsizlik maraqlarına ciddi zərbə vurdu. Rayonun 53 mindən artıq sakini doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. İşğal illərində tarixi abidələr, yaşayış evləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı, təbii sərvətlər qanunsuz istismar olundu, bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin icrasız qalması beynəlxalq hüquqi qərarlarla onların həyata keçirilməsi mexanizmləri arasındakı ziddiyyəti bir daha üzə çıxardı.Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadi müstəqilliyin əsaslarının yaradılması və nizami ordunun formalaşdırılması ölkəmizin qarşısında duran ümummilli vəzifələrin həlli üçün tarixi zəmin hazırladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın gücləndirilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və milli maraqlara əsaslanan çevik diplomatiyanın yürüdülməsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəltdi.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsinin nəticələri dövlətin iqtisadi, hərbi və diplomatik imkanlarının düzgün əlaqələndirilməsinin tarixi əhəmiyyətini ortaya qoydu. Kəlbəcər istiqamətində əldə edilmiş hərbi üstünlük müharibənin ümumi nəticələrinə təsir göstərən strateji amillərdən biri oldu. Şuşanın azad edilməsindən sonra Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini qəbul etməsi Azərbaycanın döyüş meydanında qazandığı üstünlüyün siyasi nəticələrini rəsmiləşdirdi. Noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması mürəkkəb dağlıq ərazidə və sərt qış şəraitində əlavə döyüş əməliyyatlarının aparılmasına ehtiyac yaratmadan rayonun azad edilməsinə imkan verdi. Bu tarixi nailiyyətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, hərbi-strateji qərarları və insan amilinə verdiyi yüksək dəyər öz ifadəsini tapdı.Kəlbəcərin təhvil verilməsi ərəfəsində yaşayış evlərinin yandırılması, meşələrin məhv edilməsi və mülki infrastrukturun dağıdılması isə işğalın ağır nəticələrini daha da dərinləşdirdi. Bütün bu dağıntılara baxmayaraq, Azərbaycan azad etdiyi ərazilərin gələcəyini quruculuq, inkişaf və insanların təhlükəsiz yaşayışının təmin olunması üzərində formalaşdırdı.Kəlbəcərin azad edilməsi uğrunda göstərilən qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçunun təltif edilməsi onların Vətən qarşısındakı xidmətlərinə göstərilən ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Azərbaycan Bayrağını ucaltması, 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 25-ni Kəlbəcər Şəhəri Günü kimi müəyyən etməsi bu tarixi Qələbənin dövlətçilik salnaməmizdə əbədiləşdirilməsinə xidmət edir.Azadlıqdan sonra Kəlbəcərin inkişafına dair qəbul edilən qərarlar bölgənin iqtisadi və demoqrafik gələcəyinin uzunmüddətli planlaşdırılmasına əsaslanır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiq edilmiş Baş plana uyğun olaraq, 2040-cı ilədək şəhərin ərazisinin 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir yaşayış məhəllələrinin, təhsil və səhiyyə komplekslərinin, muzeylərin, ictimai məkanların və yaşıllıq zonalarının yaradılması zamanı Kəlbəcərin təbii landşaftı, memarlıq ənənələri və gələcək demoqrafik tələbatı nəzərə alınır.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə mütəmadi səfərləri çərçivəsində yaşayış komplekslərinin, təhsil müəssisələrinin, energetika və nəqliyyat obyektlərinin təməli qoyulub, mühüm istehsal müəssisələri istifadəyə verilib. 2025-ci il avqustun 21-də dövlət başçısının Kəlbəcərə qayıdan ailələrə mənzillərin açarlarını təqdim etməsi rayonun yeni ictimai həyatının başlanğıcını səciyyələndirən əlamətdar hadisə oldu. 2026-cı il noyabrın 6-na olan məlumata əsasən, Kəlbəcərdə 162 ailə, ümumilikdə 681 nəfər məskunlaşıb. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin yaradılması, Yanşaq, Zallar və Zar kəndlərində ümumilikdə 1763 ailənin məskunlaşdırılmasının planlaşdırılması bölgənin demoqrafik potensialının mərhələli şəkildə bərpasına hesablanıb.Kəlbəcərin inkişafında mürəkkəb dağlıq relyefin yaratdığı nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. 82 kilometrlik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və 11,7 kilometrlik Murovdağ tuneli Azərbaycan mühəndislik tarixinin irimiqyaslı layihələrindəndir. Bu infrastruktur bölgənin iqtisadi əlçatanlığını artıracaq, ilboyu nəqliyyat əlaqələrinin təmin edilməsinə, daşınma xərclərinin azalmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və turizm imkanlarının reallaşdırılmasına şərait yaradacaq.Kəlbəcərin hidroenerji ehtiyatlarından istifadə olunması, “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kimi su elektrik stansiyalarının istismara verilməsi Şərqi Zəngəzurun ölkənin enerji sistemindəki mövqeyini gücləndirir. Eyni zamanda, illik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan “İstisu” mineral su zavodunun fəaliyyəti, müalicə-istirahət kompleksinin yaradılması və ənənəvi arıçılığın dirçəldilməsi rayonun iqtisadi ixtisaslaşmasının müxtəlif istiqamətlər üzrə formalaşmasına imkan verir. Bu layihələrin uzunmüddətli səmərəsi yerli məşğulluğun genişlənməsi, özəl investisiyaların cəlb olunması, əhalinin gəlirlərinin yüksəlməsi və təbii ehtiyatların ekoloji tarazlıq qorunmaqla iqtisadi dövriyyəyə daxil edilməsi ilə müəyyənləşəcək.
R. Muradov qeyd edib ki, Kəlbəcərin bugünkü inkişafını Azərbaycanın son illərdə Cənubi Qafqazda əldə etdiyi siyasi və geostrateji mövqedən ayrı qiymətləndirmək mümkün deyil. İkinci Qarabağ müharibəsində qazanılan Qələbə, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı və ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun bərpası regionun siyasi arxitekturasını əsaslı şəkildə dəyişdirdi. Azərbaycan uzun illər davam edən münaqişənin həlli ilə əlaqədar diplomatik proseslərdə iştirak edən dövlətdən regional sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın yeni gündəliyinin formalaşmasında aparıcı rol oynayan siyasi aktora çevrildi.2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi bu dəyişikliklərin beynəlxalq siyasi müstəvidə təsdiqini tapdığını göstərir. 2026-cı il fevralın 10-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, noyabrın 12-də isə Dublində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh gündəliyinə dair müzakirələrin davam etdirilməsi ölkəmizin müharibədən sonrakı diplomatiyasının konkret nəticələridir. Azərbaycanın təşəbbüsləri ilə genişlənən Avrasiya nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq və yeni regional kommunikasiya imkanları Cənubi Qafqazın beynəlxalq iqtisadi münasibətlər sistemində əhəmiyyətini artırır.
Millət vəkili əlavə edib ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran müasir strateji vəzifə tarixi Zəfərlə əldə olunmuş siyasi üstünlükləri davamlı təhlükəsizliyə, iqtisadi tərəqqiyə və gələcək nəsillərin firavanlığına çevirməkdən ibarətdir. Kəlbəcərdə həyata keçirilən quruculuq işləri həmin dövlət siyasətinin konkret nəticələrini əks etdirir. Altı il əvvəl azadlığına qovuşan bu qədim Azərbaycan diyarının yenidən ölkənin ictimai, mədəni və iqtisadi həyatına inteqrasiyası dövlətimizin milli inkişaf strategiyasının uğurunu nümayiş etdirir.25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və Azərbaycan xalqını ürəkdən təbrik edir, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirəm. Xalqımıza bu tarixi qüruru yaşadan Müzəffər Ali Baş Komandanımızın və Azərbaycan Ordusunun xidmətləri dövlətçilik tariximizin ən şərəfli səhifələri sırasında əbədi yaşayacaq.
Turan Etibaroğlu
12:05 / 25 Noyabr 2026
1
11:58 / 25 Noyabr 2026
39
11:52 / 25 Noyabr 2026
71
11:48 / 25 Noyabr 2026
57
11:45 / 25 Noyabr 2026
57
11:40 / 25 Noyabr 2026
63
11:38 / 25 Noyabr 2026
63
11:29 / 25 Noyabr 2026
71
11:25 / 25 Noyabr 2026
81
11:15 / 25 Noyabr 2026
98
11:11 / 25 Noyabr 2026
82
11:10 / 25 Noyabr 2026
87
10:55 / 25 Noyabr 2026
435
10:55 / 25 Noyabr 2026
78
10:52 / 25 Noyabr 2026
92
10:50 / 25 Noyabr 2026
76
10:46 / 25 Noyabr 2026
376
10:35 / 25 Noyabr 2026
95
10:25 / 25 Noyabr 2026
111
10:24 / 25 Noyabr 2026
107
10:15 / 25 Noyabr 2026
111
10:05 / 25 Noyabr 2026
115
09:55 / 25 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.