Ərdoğan Azərbaycanı təbrik edib
09 Noyabr 2026, 14:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
731
20.10.2026, 13:08
Türkiyədən Azərbaycana qarşı səsləndirilən ittihamlara münasibətdə ilk növbədə həmin fikirlərin kim tərəfindən, hansı siyasi mövqedən və hansı məqsədlə irəli sürüldüyünü müəyyənləşdirmək lazımdır. Ayrı-ayrı siyasətçilərin, dini çevrələrin və ideoloji qrupların açıqlamalarını bütövlükdə Türkiyə dövlətinin və xalqının mövqeyi kimi təqdim etmək doğru olmaz.
Bu sözləri Oxu24.com-a açıqlamasında politoloq Züriyyə Qarayeva Oxu24.com saytına açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə,Azərbaycan və Türkiyə münasibətləri tarixi, mədəni və strateji tərəfdaşlıq üzərində qurulub.
Bununla belə, qardaşlıq münasibətləri Azərbaycanın suverenliyinə, müstəqil xarici siyasətinə və milli maraqlarına yönələn əsassız ittihamların cavabsız qalması demək deyil. Belə hallarda emosional qarşıdurmadan daha çox konkret faktlara, siyasi arqumentlərə və ittihamların mənbəyinə əsaslanan cavabların verilməsi əhəmiyyətlidir.
Z. Qarayeva əlavə edib ki, digər mühüm məqam Türkiyə dövləti və xalqı ilə AKP hakimiyyətinin siyasi-ideoloji yanaşmalarını bir-birindən fərqləndirməkdir.
AKP-nin dini-siyasi ritorikası, regional siyasəti və ayrı-ayrı siyasi çevrələrlə münasibətləri tənqid oluna bilər, lakin bu tənqid bütövlükdə Türkiyəyə qarşı mövqe kimi təqdim edilməməlidir. Eyni zamanda, Türkiyədə səslənən hər bir ittihamı avtomatik olaraq hakim partiyanın siyasəti ilə əlaqələndirmək də düzgün deyil.
Politoloq əlavə edib ki, Azərbaycan üçün əsas prinsip qarşılıqlı suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və daxili işlərə müdaxilə edilməməsidir. Strateji müttəfiqlik siyasi mövqelərin tam eyniliyi deyil, fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı hörmətin və milli maraqların qorunmasıdır.
Turan Etibaroğlu
15:00 / 09 Noyabr 2026
1
14:58 / 09 Noyabr 2026
12
14:55 / 09 Noyabr 2026
26
14:42 / 09 Noyabr 2026
60
14:37 / 09 Noyabr 2026
60
14:29 / 09 Noyabr 2026
150
14:22 / 09 Noyabr 2026
148
14:17 / 09 Noyabr 2026
80
14:06 / 09 Noyabr 2026
780
14:04 / 09 Noyabr 2026
102
13:44 / 09 Noyabr 2026
667
13:21 / 09 Noyabr 2026
120
13:11 / 09 Noyabr 2026
315
12:57 / 09 Noyabr 2026
1564
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
224
12:27 / 09 Noyabr 2026
180
12:15 / 09 Noyabr 2026
347
12:03 / 09 Noyabr 2026
1329
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
265
11:43 / 09 Noyabr 2026
146
11:37 / 09 Noyabr 2026
320
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.