Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
29 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
299
19.10.2026, 17:58
19 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vatanabe Katsuyanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Oxu24com-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramovun bu il Yaponiyaya həyata keçirdiyi səfər və səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın beynəlxalq tədbirlərə, o cümlədən COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq əməkdaşlığın təşviqinə, dayanıqlı inkişaf gündəliyinə və qlobal çağırışların həllinə verdiyi töhfənin göstəricisi olduğu qeyd edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, qarşılıqlı dəstək və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İnsanlar arasında təmasların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin ikitərəfli əlaqələrin və turizm mübadiləsinin təşviqinə xidmət etdiyi bildirilib.
Cüdo və sumo kimi idman növləri vasitəsilə xalqlarımız arasında qarşılıqlı marağın və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün mövcud imkanlar qeyd olunub. Qeyd edilən sahələrdə ölkəmizdə keçirilən mötəbər yarışların əhəmiyyəti vurğulanıb. Nazir Ceyhun Bayramov səfir Vatanabe Katsuyaya Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
19:13 / 29 Noyabr 2026
33
19:01 / 29 Noyabr 2026
67
18:58 / 29 Noyabr 2026
140
18:45 / 29 Noyabr 2026
80
18:29 / 29 Noyabr 2026
81
18:15 / 29 Noyabr 2026
113
15:24 / 29 Noyabr 2026
166
12:43 / 29 Noyabr 2026
379
12:03 / 29 Noyabr 2026
172
12:00 / 29 Noyabr 2026
204
11:33 / 29 Noyabr 2026
190
10:55 / 29 Noyabr 2026
203
10:25 / 29 Noyabr 2026
354
10:24 / 29 Noyabr 2026
743
10:00 / 29 Noyabr 2026
411
09:58 / 29 Noyabr 2026
206
09:54 / 29 Noyabr 2026
251
09:15 / 29 Noyabr 2026
208
01:31 / 29 Noyabr 2026
352
01:22 / 29 Noyabr 2026
325
00:11 / 29 Noyabr 2026
435
23:56 / 28 Noyabr 2026
815
23:47 / 28 Noyabr 2026
321
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.