Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
03 Noyabr 2026, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
213
14.10.2026, 14:06
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun əsassız iddialarına cavab verib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi Bakının oktyabrın 13-də Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun"da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pislədiyini bildirib.
"Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.
Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir".
Həmçinin bildirilib ki, demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.
"Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq".
18:33 / 03 Noyabr 2026
1
17:53 / 03 Noyabr 2026
331
17:51 / 03 Noyabr 2026
74
17:35 / 03 Noyabr 2026
73
17:10 / 03 Noyabr 2026
112
16:56 / 03 Noyabr 2026
117
16:51 / 03 Noyabr 2026
263
16:43 / 03 Noyabr 2026
109
16:35 / 03 Noyabr 2026
303
16:31 / 03 Noyabr 2026
190
16:23 / 03 Noyabr 2026
766
16:21 / 03 Noyabr 2026
181
16:13 / 03 Noyabr 2026
164
16:01 / 03 Noyabr 2026
279
15:55 / 03 Noyabr 2026
216
15:52 / 03 Noyabr 2026
97
15:20 / 03 Noyabr 2026
164
15:05 / 03 Noyabr 2026
155
14:50 / 03 Noyabr 2026
158
14:50 / 03 Noyabr 2026
173
14:30 / 03 Noyabr 2026
236
14:24 / 03 Noyabr 2026
317
14:21 / 03 Noyabr 2026
286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.