Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..  

Zahid Oruc:\"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..  

SİYASƏT

66

13.10.2026, 13:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.

Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan cavab verildi. Ali Baş Komandanın “Qələbəni təkbaşına qazandıq” mesajı heç bir xarici mənəvi-siyasi dəstəyi inkar etmədən, lakin Zəfərin müəllifinin Azərbaycan dövləti, ordusu və xalqı olduğunu dünyanın hər yerində qürurla vurğulamaqdır.

Ölkəmizə qarşı məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüfi deyil. Ermənistanla sülh danışıqları həlledici mərhələyə qədəm qoyub, qlobal təhlükələr şəraitində dövlətimiz yeni təhlükəsizlik arxitekturası qurur. Ona görə bizi bağışlamırlar. Bəli, Qələbə Azərbaycanın dostlarını və tərəfdarlarını artırılıb, lakin bir çoxları üçün də qorxulu nümunəyə çevrilib. 

Ölkəmizə hərbi müdaxilə mümkün olmadğı üçün daxili ziddiyyətləri artırmaq, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib. Lakin dövlətimizə, onun dünyəvi quruluşuna, ölkə başçısına hücum edən və xalqımızın qalibiyyətinə ləkə vuran qüvvələr nə  müsəlman, nə də türk ola bilməzlər. 

Təkcə ABŞ Konresmenləri, Avropa Parlamenti deyil, o cümlədən dini quruluşlarını və həyat tərzlərini ölkəmizə ixrac etməyə çalışan dövlətlərin əlindən Qarabağ münaqişəsi çıxıb, erməni məsələsi coğrafiyamızdan kənarlaşdırılıb, İrəvan əvvəlkitək milli dövlətçiliyimizi sarsıtmaq planlarına yaramır. Xalqımızın dini inanclarının istismar edilməsi və dövləti məscidlərdən idarə etməyə çalışması, milli kimliyimizi azərbaycançılığın əleyhinə yönəltməsi bir məqsədi güdür- millətimizi yenidən 26 sentyabra qədərki dövrünə, məcburi köçkünlük əsrinə qaytarsınlar.

Lakin heç bir dini  zehniyyət, islam təəssübkeşliyi orta əsr Xilafəti modelində dini dövlət qucuculuğuna səbəb ola bilməz. Biz müsəlman ölkəsiyik, lakin islam dövləti istəmirik,  türk dövlətiyik, lakin müstəqli siyasi paytaxtımız var, Qərblə, Şərqlə əməkdaşlıq edirik, lakin heç bir dövlətin forpostu deyilik. 

Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub: bir vaxtlar şimaldan, sonra cənubdan, indi isə müxtəlif paytaxtlardan xilaskar, yaxud himayədar istəyənlər var.

Tarix isə bir həqiqəti dəfələrlə təsdiqləyib: müttəfiqlik qiymətlidir, lakin dövləti yalnız öz xalqının iradəsi, güclü vətəndaşı və qəhrəman ordusu qoruyur. 

2020-ci il Qələbəsinin ən böyük ideoloji nəticəsi odur ki, Azərbaycan öz taleyini başqasına bağlamayanda qalib gəlir.