Putindən Azərbaycana qadağa: zərər görəcəyik?
30 Sentyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
26
30.09.2026, 16:13
Azərbaycan ilə Ermənistan arasında sülh prosesi əhəmiyyətli dərəcədə irəliləsə də, Avropanın Cənubi Qafqaza yanaşması hələ də region haqqında köhnəlmiş təsəvvürlərə söykənir. Tanınmış professor Taras Kuzio "Washington Examiner" nəşrində dərc olunan təhlil məqaləsində Avropanın regionda dəyişən geosiyasi reallıqları qəbul etməkdə gecikdiyini xüsusi vurğulayıb.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Avropa Birliyində uzun müddət şüurlarda oturuşmuş mifləri və pərdələri adlamaq ciddi problem olaraq qalır.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda status-kvo tamamilə dəyişib və regionun əsas stabillik amili məhz Azərbaycan dövlətidir. Avropa strukturlarındakı qərəzli yanaşmalar kövrək olan sülh prosesinə töhfə vermək əvəzinə, ona bilərəkdən ciddi zərbələr vurur.
Natiq Miri Avropa Birliyinin geosiyasi problemlərini, Cənubi Qafqaz siyasətini və sülh prosesinə yanaşmasını ətraflı təhlil edib:
“Avropada bir çox gerçəklikləri anlamaq, qavramaq, o cümlədən şüurlarda uzun müddət oturuşmuş bir çox mifləri, pərdələri, maneələri adlamaq problemləri var. Bu da Avropa Birliyində müəyyən gecikmələrə səbəb olur. Ancaq dünya çox sürətlə dəyişir. İstər Avropa Birliyinin Amerika Birləşmiş Ştatları ilə münasibətləri, istər özünün təhlükəsizlik arxitekturası yönündə qəbul etdiyi qərarlar və bu yöndə konkret fəaliyyətlər, o cümlədən Ukraynaya münasibətdə nə qədər Avropa Birliyinin çevik qərarlar qəbul etmə mexanizmlərinin olması, o cümlədən Cənubi Qafqaz baxışı da problemli və zamanında doğru-dürüst qiymətinin olmamasıdır. Bu yöndə problemlər var”.
O qeyd edib ki, Avropa Birliyi hələ də ikili standartdan çıxış edən bir siyasi məkandır:
“Avropa Birliyində gerçəklikləri qəbul edən siyasətçilər də var. Ancaq Avropa Birliyi strukturlarına diqqət etsəniz, hələ də köhnə yanaşma və köhnə zehniyyətdən irəli gələn yanlış baxış və qərarlar da var".
Politoloq bu gün Cənubi Qafqazda status-kvo dəyişdiyini vurğulayıb:
“Cənubi Qafqazın stabillik amili məhz Azərbaycan dövlətidir. Ancaq Avropa Birliyi nə qədər müəyyən mənada bunu tədricən anlasa da, Avropa Birliyinin Cənubi Qafqazda əsas ağırlıqlı siyasəti Ermənistandan yanadır. Geosiyasi və geoiktisadi maraqlar Cənubi Qafqazın xarici siyasət prioritetində Azərbaycanı önə çıxarmalı idi. Ancaq buna baxmayaraq, hələ də Avropa Birliyinin strukturlarında Azərbaycana açıq şəkildə düşmənçilik mövqeyi sezilir".
Natiq Miri bildirib ki, bu gün qlobal səviyyədə bir çox regionlarda münaqişələr kontekstində ticarət dəhlizləri böyük risklər özündə daşıyır. Amerika Birləşmiş Ştatları-İsrail-İran qarşıdurmasından sonra Hörmüz boğazı vasitəsilə ticarət dəhlizi, gəmiçilik böyük bir böhran yaşayır. Bu da neft sahəsində qiymətlərin qalxmasına, bütövlükdə iqtisadi böhrana və hər sahələrdə qiymətlərin artımına səbəb olur:
“Eyni zamanda Avropanın özünün sərhədləri yaxınlığında bir Rusiya-Ukrayna müharibəsi var ki, bu da zamanında Avropa Birliyinin doğru-dürüst və çevik qərarlar qəbul etməməsi ucundan 5 ilə qədər bu müharibə davam etdi. Hələ də bununla bağlı müəyyən çətinliklər, yanlışlıqlar mövcuddur. Eyni yanlış siyasət Cənubi Qafqazla da əlaqəlidir.
İndiki vəziyyətdə bu gün bir çox ticarət dəhlizləri müəyyən ciddi risklər daşıdığı bir zaman Azərbaycanın təşəbbüsü ilə uzun müddətdir Orta dəhliz siyasəti önə çıxır. Yəni bir ucu Çindən başlayaraq Orta Asiya, yəni Türkistan, Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və yaxud perspektivdə Zəngəzur dəhlizi ilə Türkiyəyə çıxışı təmin edir ki, burdan da Avropaya, o cümlədən Aralıq dənizinə çıxışlar təmin edilir. Bu həm zaman, həm məsafə baxımından qısaldılmış, effektiv və təhlükəsiz dəhlizdir".
Müsahibimiz Avropa Birliyinin bu zamanı böyük bir anlamda çox böyük zaman itkisindən sonra bu gerçəklikləri anlamağa başladığını qeyd edib. Onun fikrincə, ancaq yenə də Avropa strukturları arasında bu yöndə çatışma və problemlər var:
“Məsələn, icra strukturları yönündə Avropa Komissiyası, Avropa Şurası İttifaqı bu yöndə Azərbaycanla münasibətləri daha çevik və yüksək zirvəyə daşımaq istəyənlər olsa da, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamentində hələ də Azərbaycana düşmənçilik yönündə konkret korporativ şəbəkələrə işləyən qruplaşmalar var və təəssüf ki, bu qruplaşmaların təsir imkanları böyük olduğu üçün zaman-zaman Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul edilir. Baxmayaraq ki, bunlar tövsiyə xarakterlidir, ancaq bu düşmənçilik siyasəti davam edir və belə bir ikili vəziyyətdə Avropa Birliyi çevik qərarlar qəbul edə bilməməklə bərabər, həm də Cənubi Qafqazın en strateji və güclü ölkəsi, stabillik amili olan Azərbaycana münasibəti də çevik olaraq müəyyənləşdirə bilmir. Ancaq Ermənistana münasibətdə Avropa Birliyinin bütün strukturlarında baxış və yanaşma eynidir”.
O, Avropa Birliyini heç bir zaman perspektivdə, yəni gələcəkdə özü-özünə yetə biləcək qlobal güc kimi görmədiyini bildirərək vurğulayıb ki, elmi, texnoloji, iqtisadi cəhətdən bir müddət ABŞ-nin çətiri altında yüksək səviyyədə Avropa inkişaf edə bildi, bir növ qısamüddətli cənnəti də yaşadılar. Ancaq dünya sadəcə stabillikdən ibarət deyil və zaman-zaman bu cür dəhşətli müharibələr ortalığa çıxarkən bu güc mərkəzlərini də sınağa çəkir. Və çox maraqlıdır ki, ilk belə sınaqda Avropa Birliyi sinifdə qaldı. Və hələ də bu imtahanların, sınaqların altında əziyyət çəkməyə davam edir:
“Ona görə də Avropa Birliyinin, sözün əsl mənasında, ona-buna dərs keçdiyi demokratiya və insan hüquqları baxımından öncə özünə əl atmalı, özünü düzəltməlidir. Başqalarına dərs vermək çox asandır, ama ikili standartın ən böyüyü Avropa Birliyinə məxsusdur. Beynəlxalq hüquq hər zaman Avropa məkanında selektiv olaraq istifadə olunub. Ermənistana bir cür, Azərbaycana fərqli bir prizmadan baxılıb. Bunun üçün hələ də problemlər mövcuddur. Baxmayaraq ki, Avropa Birliyi bunu düzəltməyə çalışır, Azərbaycanla normal münasibətlər qurmağa cəhd edir, hətta Orta dəhliz məsələsində gecikmiş də olsa hərəkətə keçmək istəyir. Ancaq gerçək ondan ibarətdir ki, hər şey zamanında dəyərlidir. Zamanında atılmayan bir addımın, verilən qərarın heç bir əhəmiyyəti olmur. Hər şeyi zamanında etməyə ehtiyac var ki, bu yöndə Avropa Birliyinin çox ciddi problemləri var".
Politoloq həmçinin əlavə edib ki, Avropa Birliyinin Azərbaycan və Ermənistan arasındakı mövcud sülh prosesinə təsiri məsələsində də çox ciddi qüsurlar var:
“Bəzən Avropa Birliyi strukturları bilərəkdən Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə ciddi zərbələr vururlar. Məsələn, Azərbaycanda Xocalı soyqırımını törədən müharibə cinayətkarları bu gün Azərbaycan həbsxanasında ədalətli şəkildə məhkəmə qərarları ilə cəza çəkirlər. Ancaq bunu konkret Avropadakı korporativ şəbəkələrə xidmət edən insanlar, qruplar var ki, bunu alver predmetinə çevirirlər. Yalançı insan hüquqları adı altında Azərbaycana təzyiq etməyə çalışır və beynəlxalq birliyin, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar”.
Natiq Miri qeyd edib ki, bu sülh prosesinə nəinki töhfə vermir, əksinə yalançı erməni sevgiləri ilə sülh prosesinə zərər verməklə bərabər hələ də kövrək olan sülh prosesini tamamilə təməlindən dağıtmağa xidmət edirlər:
“Çünki yekun sülh müqaviləsi imzalanmayıb. Bu sülh hələ də kövrəkdir. Bunu Ermənistandakı sülh prosesinin əleyhinə olan çağırışlarda, bəzi rəsmi açıqlamalarda da biz görürük. Bunun üçün yekun sülh müqaviləsinə ehtiyac var ki, iki dövlət arasında rəsmi diplomatik münasibətlər qurulsun, əməkdaşlıq, ticarət və digər məsələlər tətiklənsin, inkişaf etsin”.
“Ona görə də Avropa Birliyi zaman-zaman bu prosesə töhfə vermək əvəzinə – ki, hansı ki bu Avropa Birliyinin özünün təhlükəsizlik sxeminə uyğundur – əksinə Avropa özünün geosiyasi və geoiqtisadi maraqlarının əleyhinə olaraq nəinki sülh prosesinə töhfə vermir, əksinə çox ciddi zərbələr vururlar”,- deyə politoloq fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
15:55 / 30 Sentyabr 2026
24
15:46 / 30 Sentyabr 2026
41
15:35 / 30 Sentyabr 2026
52
15:31 / 30 Sentyabr 2026
49
15:19 / 30 Sentyabr 2026
62
15:08 / 30 Sentyabr 2026
62
15:01 / 30 Sentyabr 2026
59
14:49 / 30 Sentyabr 2026
62
14:36 / 30 Sentyabr 2026
64
14:24 / 30 Sentyabr 2026
77
14:22 / 30 Sentyabr 2026
353
14:11 / 30 Sentyabr 2026
66
14:02 / 30 Sentyabr 2026
355
13:57 / 30 Sentyabr 2026
75
13:50 / 30 Sentyabr 2026
71
13:45 / 30 Sentyabr 2026
95
13:41 / 30 Sentyabr 2026
70
13:31 / 30 Sentyabr 2026
1345
13:19 / 30 Sentyabr 2026
68
13:18 / 30 Sentyabr 2026
67
13:16 / 30 Sentyabr 2026
146
13:10 / 30 Sentyabr 2026
63
12:58 / 30 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.