Ərdoğan Azərbaycanı təbrik edib
09 Noyabr 2026, 14:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
264
30.09.2026, 14:11
Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.
Oxu24.com xəbər verir ki, bu qərarı iqtisadçı Eldəniz Əmirov şərh edib.
O deyib ki, hələ bir neçə gün əvvəl Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı mövcud mexanizmdən sui-istifadə hallarının aşkarlandığını bildirmişdi:
“Hətta eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə partiya nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu açıqlanmışdı. Buna görə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumatların birləşdirilməsi, eyni sənədin təkrar istifadəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Yəni görünür, Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd pul çıxarılması ilə bağlı müəyyən siqnallar var və yeni qərar da bundan qaynaqlanır.
Əvvəlki məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələri əhatə edirdi. Yeni qərarla Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca bu siyahıya daxil edilib.
Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyidir. 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə ümumilikdə ölkəyə daxil olan 1,177 milyard dollarlıq pul köçürmələrinin təxminən 41%-i Rusiyanın payına düşüb.
2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana köçürmələr 356,7 milyon dollara çatıb və 67,4% artıb. Bu, həmin dövrdə Azərbaycana daxil olan bütün pul köçürmələrinin 47,6% deməkdir.
Amma bir məsələ var ki, bu yüz milyonlarla dollar əsasən bank infrastrukturu və pulköçürmə sistemləri ilə gələn vəsaitdir. Yeni 1 milyon rubl limiti isə məhz fiziki şəkildə ölkədən çıxarılan nağd pula aiddir”.
İqtisadçının sözlərinə görə, Rusiyadan Azərbaycana il ərzində ciblərdə, çantalarda və baqajlarda nə qədər nağd rubl gətirildiyinə dair ayrıca açıq rəsmi statistika yoxdur:
“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq mümkün deyil.
Amma mövcud durum deməyə əsas verir ki, bütün hallarda vəziyyət bizim üçün elə də narahatedici qərar deyil. Məgər Azərbaycana bir dəfəyə cibinə 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul qoyub, gətirən fiziki şəxslərin sayı nə qədərdir?! Gətirmək istəyən də, 1 milyon rublu cibində, yerdə qalanı da bankla gətirə (köçürə) biləcək.
Odur ki, qərarın Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Bunun daha çox, iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsiri olacaq”.Axar.az
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.