ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Ukraynaya rəsmi səfər edəcək.
Oxu24.com -un xəbərinə görə, bu barədə C. Bolton rəsmi “Twitter” səhifəsində qeyd edib.
“Prezident Donald Tramp Biarritzdə G7 sammitində səmərəli görüşlər keçirib. Mən səbirsizliklə Kiyevdəki tərəfdaşlarımızla görüşlərimizi gözləyirəm. Biz prezident Zelenskinin islahat səylərini və daha güclü və çiçəklənən Ukrayna yaratmağa yönəlmiş ideyalarını dəstəkləyirik”, - deyə Con Bolton qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR