Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
03 Sentyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
47
03.09.2026, 16:47
Avrasiyanın yeni geosiyasi arxitekturasında Azərbaycanın rolu və nüfuzu günbəgün möhkəmlənir. Ölkəmizin regional və qlobal miqyaslı nəqliyyat, enerji və təhlükəsizlik layihələrindəki fəallığı beynəlxalq platformalarda yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən Zirvə toplantısına dəvət olunması və Mərkəzi Asiya ölkələri ilə intensivləşən diplomatik əlaqələri bu fəallığın bariz nümunəsidir. Şərqdən Qərbə, Sakit okeandan Avropaya qədər uzanan strateji dəhlizlərin qovşağında yerləşən Azərbaycan artıq təkcə coğrafi mərkəz deyil, həm də mühüm qərarverici güc faktoruna çevrilib. Qərb təsisatlarının nüfuzunun zəiflədiyi bir dövrdə ŞƏT və Türk Dövlətləri Təşkilatı kimi platformaların qlobal siyasətdəki çəkisi sürətlə artır. Bütün bu mühüm geosiyasi dinamikalar Azərbaycanın Mərkəzi Asiya diplomatiyası və Avrasiyanın nəqliyyat-enerji xəritəsindəki yeni imkanlarını gündəmə gətirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın ŞƏT platformasındakı yeri, Mərkəzi Asiya siyasəti və qlobal miqyasda artan çəkisi barədə ətraflı danışıb:
“Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən 25-ci Zirvə toplantısına dəvət edilməsi ölkəmiz üçün yeni bir geosiyasi aspekt baxımından böyük önəm kəsb edir. ŞƏT-in dost və qardaş Qırğızıstanda keçirilməsi xüsusi rəmzi məna daşıyır. Qırğızıstan Türk Dövlətləri Təşkilatının üzvü və Mərkəzi Asiyanın açar ölkələrindən biridir. ŞƏT hazırda həm coğrafiyasına, həm də demoqrafiyasına görə dünyanın ən böyük təşkilatlarından biridir. Azərbaycanın və dövlət başçımızın bu platformaya dəvət olunması ölkəmizin regionda bir güc mərkəzi kimi qəbul edildiyinin və onun liderinə verilən yüksək qiymətin göstəricisidir”.
Deputatın sözlərinə görə, ŞƏT coğrafiyasından Qərbə doğru baxsaq, Azərbaycanı yeganə stabil və təhlükəsiz nəqliyyat-kommunikasiya pəncərəsi kimi görürük. Böyük Avrasiya və Cənub-Şərqi Asiyanı Avropa ilə birləşdirən, Şərqdən Qərbə gedən bütün əsas xətlər Azərbaycanın üzərindən keçir. Coğrafiyanı daha geniş müstəvidə qiymətləndirsək, Sakit okean hövzəsindən başlayan, Xəzər dənizi və Cənubi Qafqazdan keçərək Qara dəniz, Aralıq dənizi və Avropaya qədər uzanan böyük bir mekanda Azərbaycan və Xəzər hövzəsi əvəzolunmaz açar rolunu oynayır. Bu nəqliyyat və kommunikasiya xətlərinin birləşməsi məhz ölkəmizin zəmanəti ilə mümkündür.
O bildirib ki, ŞƏT milyardlarla insanı, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan kimi nəhəng ölkələri özündə birləşdirən platformadır. Azərbaycanın bu təşkilata dəvəti göstərir ki, ŞƏT ölkəmizi qiymətli tərəfdaş kimi görür:
“Burada söhbət təkcə coğrafiyadan və ya nəqliyyat xətlərindən getmir. Vətən müharibəsindəki qələbədən və 2023-cü ildə suverenliyimizin tam bərpasından sonra Azərbaycan yeni geosiyasi güc kimi ortaya çıxıb. Ölkəmizin çəkisi təkcə əhalisi və ya ərazisi ilə deyil, yürütdüyü müstəqil siyasətlə, qərarvericilik qabiliyyəti ilə və Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri ilə müəyyən olunur. Azərbaycan daxil olduğu hər bir beynəlxalq platformaya əlavə dəyər qatır”.
Tural Gəncəliyev qeyd edib ki, bu gün Avropa İttifaqı və Avropa Şurası kimi institutlarda populizm, daxili ziddiyyətlər və yararsız siyasət baş alıb gedir ki, bu da onların nüfuzuna ağır zərbə vurur. Əksinə, ŞƏT, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar dünya siyasətində daha aktiv rol oynamağa başlayır. Dünya siyasətinin ağırlıq mərkəzi məhz bu coğrafiyaya sürüşür.
Yekunda, deputat Qırğızıstanın bu sammitə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O əlavə edib ki, bu ölkənin yürütdüyü çoxvektorlu diplomatiya Azərbaycanın bir vaxtlar keçdiyi uğurlu yolu xatırladır:
“Bildiyimiz kimi, Azərbaycan zamanında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, fəal diplomatiya yürütmüş və nəticədə öz gücü ilə torpaqlarını azad edərək yeni reallıqlar yaratmışdır. Bu gün həm Türk dünyasının yüksəlişi, həm də ŞƏT məkanındakı güclü inteqrasiya prosesləri Avrasiyanı dünyanın yeni güc mərkəzinə çevirir və Azərbaycan bu proseslərin ön sırasındadır”.
Çimnaz Telmanqızı
17:25 / 03 Sentyabr 2026
1
17:20 / 03 Sentyabr 2026
15
17:20 / 03 Sentyabr 2026
18
17:18 / 03 Sentyabr 2026
14
17:15 / 03 Sentyabr 2026
30
17:12 / 03 Sentyabr 2026
73
17:09 / 03 Sentyabr 2026
28
16:58 / 03 Sentyabr 2026
51
16:55 / 03 Sentyabr 2026
44
16:50 / 03 Sentyabr 2026
44
16:41 / 03 Sentyabr 2026
52
16:30 / 03 Sentyabr 2026
84
16:23 / 03 Sentyabr 2026
61
16:15 / 03 Sentyabr 2026
61
16:11 / 03 Sentyabr 2026
66
16:10 / 03 Sentyabr 2026
59
16:05 / 03 Sentyabr 2026
61
16:05 / 03 Sentyabr 2026
51
16:04 / 03 Sentyabr 2026
52
15:55 / 03 Sentyabr 2026
51
15:35 / 03 Sentyabr 2026
56
15:18 / 03 Sentyabr 2026
61
15:15 / 03 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.