Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16877
az

Erməni deputatın sensasion məqaləsi - Paşinyan Ermənistanı müharibəyə sürükləyir...

12:4418 Avqust, 2019
1012
SİYASƏT
  • A
 
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin özündə də neqativ reaksiyalara səbəb olub. Virtualaz.org qeyd edir ki, Paşinyanın olduqca avantürist bəyanatlar verərək Dağlıq Qarabağı Ermənistanın təkib hissəsi elan etməsinin, "miatsum" şüarını yenidən gündəmə gətirməsinn müharibəni qaçılmaz edəcəyi barədə Yerevanda da narahatlıq keçirirlər.

Oxu24.com Virtualaz.org-a istinadən bildirir ki, Ermənistan parlamentinin deputatı, Respublika Partiyasının üzvü Artaşes Geqamyan isə "Regnum" portalında dərc edilmiş sensasion məqaləsində (https://regnum.ru/news/polit/2692788.html) Paşinyanın bu çıxışını "açıq-aşkar təxribat" adlandırır. Və qeyd edir ki, "xalqın baş nazirinin" bu təxribatçı çıxışı Ermənistanı yeni müharibəyə sürükləyir, Minsk Qrupunun mövcudluğunu heçə endirir.
 Geqamyanın geniş məqaləsində Paşinyanın hakimiyyət başına gələndən bu yana yürütdüyü avantürist siyasət, onun və komandasının Ermənistanın strateji müttəfiqi Rusiya ilə münasibətləri korlayan hərəkətləri, o cümlədən Qarabağ məsələsində tutduğu populist mövqe barədə sitatlar, faktlar yer alır. Təcrübəli erməni siyasətçi əsas diqqəti Paşinyanın Xankəndindəki çıxışına yönəldərək qeyd edir ki, baş nazirin "açıq-aşkar təxribatçı çıxışı" sayəsində Azərbaycanın Qarabağa hücuma keçməsi üçün münbit informasiya fonu yaradılıb.

Siyasətçi xatırladır ki, Paşinyan Xankəndində səsləndirdiyi "miatsum" şüarını, Dağlıq Qarabağın Ermənistanın "tərkib hissəsi olduğunu" sentyabrda ABŞ-a səfəri zamanı erməni icması qarşısında da təkrar etməyə, Amerikadakı erməni icmasının bu məsələdə dəstəyini qazanmağa hazırlaşır.
"Və Paşinyan özünün bu açıq-aşkar, heç bir tərəddüdsüz təxribatçı sayılan sərsəm çıxışını sentyabrın 22-də Los-Ancelesn "Grand Park" otelində təkrarlamağa hazırlaşır. Onun gözlənilən hərəkətinin əsl məqsədi birdir-guya bütün dünya ermənilərinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dəstəyini qazanmaq. Düşünmək olar ki, bu akt on bir milyon ermənidən kiminsə ürəyincə olmayacaq. Nikol Vova oğlu isə özünün siyasi avantürasının mümkün qanlı nəticələrini və bu nəticələrə görə məsuliyyəti bütün erməni xalqının üstünə atmağa cəhd edir. Mən indi yazdıqlarımın sonradan necə alçaqcasına yozula biləcəyini dərk edirəm. Lakin təəsüf ki, həqiqət belədir-N.Paşinyan bu çıxışı ilə faktiki olaraq Minsk Qrupunun özünün mövcudluğuna da son qoydu, həmsədr ölkələrin prezidentlərinin çağırışlarına məhəl qoymadı. Hansı ki, son 10 il ərzində beş dəfə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair birgə bəyanatlarla çıxış etmişdilər",-Artaşes Geqamyan yazır.
 Qeyd etmək lazımdır ki, Artaşes Geqamyan Serj Sərkisyanın partiyasının təcrübəli siyasətçilərindən biridir və onun məqaləsini həm də Sərkisyanın mövqeyi kimi qəbul etmək olar. Çünki Sərkisyan nə qədər hərbi cani və kompromissiz siyasətçi olsa da heç vaxt Qarabağı Ermənistanın tərkib hissəsi elan edib danışıqlar prosesini heçə endirməmişdi. Çünki nəzərə alırdı ki, belə bəyanatlar danışıqlar prosesini mənasız edir və nəticədə mövcud status-kvonun saxlanılmasını riskə ata bilər. İndi isə Paşinyanın çıxışı, onun tutduğu avantürist, təxribatçı mövqe həqiqətən Minsk Qrupunu heçə endirir, danışıqlara yer qoymur və Azərbaycanın qarşısında ancaq bir seçim buraxır-müharibə.

Bu baxımdan Geqamyanın məqaləsi hətta rəsmi Bakıdan səslənən bəyanatlarla müqayisədə sərtdir. Hansı ki, Azərbaycan tərəfi Paşinyanın həmin çıxışından dərhal sonra Minsk Qrupunun həmsədrlərini təcili Bakıya dəvət edib onlara Ermənistan rəhbərliyinin avantürist addımlarının mümkün nəticələrini çatdırmalıydı. Və elan etməliydi ki, Paşinyanın hərəkətləri Minsk Qrupunun sonrakı fəaliyyətini sual altına alır, əgər vasitəçilər Ermənistan rəhbərliyinin bəyanatlarını rəsmən rədd etməyəcəksə...


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Ağ Evdə Baydenlə görüşdü: Razılıq əldə olundu-Fotolar
Yeni nazir ELAN ETDİ -HƏMAS və "Hizbullah" məğlub edildi
Olaf Şolts Prezident İlham Əliyevə zəng etdi

İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq