Qaynar xətt:

(+99450) 247 90 86

Zakir Həsənov Rusiyaya gedir

2019-08/1565948037_zakir-qasanov.jpg

SİYASƏT

1089

16.08.2019, 13:34

\"\"  Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.
Müdafiə Nazirliyindən  Oxu24.com-a  verilən məlumata görə, Müdafiə naziri həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək. Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.