Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Məmmədov: Türkiyə xalqı 15 İyulda tarix yazdı

Ceyhun Məmmədov: Türkiyə xalqı 15 İyulda tarix yazdı

SİYASƏT

68

15.07.2026, 11:56

Deputat Ceyhun Məmmədov 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə xalqını təbrik edib.

Oxu24.com xəbər verir ki, deputat bildirib ki, 15 İyul Türkiyə xalqının milli iradəsinə, dövlətçiliyinə və demokratiyasına sahib çıxaraq tarix yazdığı şərəfli bir gündür. Deputat qeyd edib ki, həmin gün nümayiş etdirilən birlik, həmrəylik və qətiyyət Türkiyənin gücünü və xalqın dövlətinə sədaqətini bütün dünyaya nümayiş etdirib.

Ceyhun Məmmədov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etdiyini, qazilərə isə minnətdarlığını ifadə edib.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Bir millət, iki dövlət" prinsipi bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, iki ölkə arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri hər keçən gün daha da möhkəmlənir.

Sonda Ceyhun Məmmədov qardaş Türkiyə xalqına əmin-amanlıq, rifah və yeni uğurlar arzulayaraq 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbriklərini çatdırıb.