Prezident: Milli ləyaqət hər şeydən üstündür
13 İyul 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
61
13.07.2026, 09:31
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Çünki beş il əvvəl burada – Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqlərik. Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq. Bu, etnik köklərin, ortaq mədəniyyətin və ümumi tarixin dövlətlər arasında bu qədər sıx siyasi münasibətlər formalaşdırdığı çox nadir nümunələrdəndir.
Əminəm ki, eyni və ya oxşar etnik köklərə və eyni dil ailəsinə mənsub olan xalqların belə münasibətlər qura bilmədiyi çoxsaylı nümunələri bilirsiniz. Əksinə, bəzən demək olar ki, eyni dildə danışan xalqlar bir-biri ilə müharibə aparırlar. Eyni dini paylaşan xalqların da qarşıdurmaya girdiyini görürük. Buna görə də Türkiyə–Azərbaycan münasibətləri qonşu ölkələr tərəfindən öyrənilməli və nümunə götürülməlidir. Qonşular bir-birini anlamalı və qarşılıqlı hörmət etməlidirlər”, - dövlət başçısı qeyd edib.
12:41 / 13 İyul 2026
1
12:30 / 13 İyul 2026
34
12:25 / 13 İyul 2026
32
12:24 / 13 İyul 2026
31
12:22 / 13 İyul 2026
32
12:19 / 13 İyul 2026
86
12:14 / 13 İyul 2026
41
12:12 / 13 İyul 2026
38
12:09 / 13 İyul 2026
50
12:07 / 13 İyul 2026
49
12:05 / 13 İyul 2026
37
11:48 / 13 İyul 2026
49
11:43 / 13 İyul 2026
57
11:40 / 13 İyul 2026
198
11:39 / 13 İyul 2026
55
11:33 / 13 İyul 2026
60
11:23 / 13 İyul 2026
1039
11:22 / 13 İyul 2026
58
11:20 / 13 İyul 2026
58
11:16 / 13 İyul 2026
57
11:13 / 13 İyul 2026
71
11:09 / 13 İyul 2026
399
11:07 / 13 İyul 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.