Ermənistan üçtərəfli Bəyanatı niyə TƏHRİF EDİR? - ŞƏRH
10 Noyabr 2026, 15:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
651
20.06.2026, 22:44
“20 iyun - Ümumdünya Qaçqınlar Günündə, dünyanın hər yerində böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıqlarının itirilməsi ilə üzləşən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi bildiririk”.
Oxu24.com xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan bəyanatda öz əksini tapır.
Bəyanatda bildirilir ki, məcburi köçkünlük məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan ərazilərinin təcavüzü və işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək onilliklər boyu köçkünlük və məhrumiyyətlərə məruz qalıb. Bu şəxslərin hüquqları ciddi şəkildə pozulub, evləri, icmaları və mədəni irsləri məhv edilib.
Bəyanatda daha sonra deyilir:
“Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra ölkə əvvəllər işğal olunmuş ərazilərdə misli görünməmiş yenidənqurma və reabilitasiya proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər tədricən öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətlə və əmin-amanlıqla qayıdır, illərdir davam edən köçkünlükdən sonra həyatlarını və icmalarını yenidən qururlar.
Azərbaycan məcburi köçkünlüyün kök səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviq edilməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinə yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiqdir.
Bu Ümumdünya Qaçqınlar Günündə biz dünya üzrə qaçqınların və məcburi köçkünlərin dözümlülüyünü və cəsarətini ehtiramla yad edir və zorla köçürülmüş bütün insanların bir gün evlərinə qayıdıb sülh, ləyaqət və rifah içində yaşaya bilmələrini təmin etmək öhdəliyimizi bir daha təsdiqləyirik”.
15:44 / 10 Noyabr 2026
1
15:34 / 10 Noyabr 2026
79
15:31 / 10 Noyabr 2026
50
15:25 / 10 Noyabr 2026
72
15:22 / 10 Noyabr 2026
68
14:58 / 10 Noyabr 2026
1259
14:55 / 10 Noyabr 2026
137
14:48 / 10 Noyabr 2026
163
14:23 / 10 Noyabr 2026
302
14:20 / 10 Noyabr 2026
678
14:09 / 10 Noyabr 2026
181
14:00 / 10 Noyabr 2026
776
13:44 / 10 Noyabr 2026
120
13:38 / 10 Noyabr 2026
364
13:26 / 10 Noyabr 2026
1535
13:24 / 10 Noyabr 2026
136
13:20 / 10 Noyabr 2026
332
13:05 / 10 Noyabr 2026
170
13:00 / 10 Noyabr 2026
134
12:37 / 10 Noyabr 2026
546
12:31 / 10 Noyabr 2026
134
12:21 / 10 Noyabr 2026
573
12:18 / 10 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.