Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Prezidentin köməkçiləri rayondadır: Mühüm müşavirə keçirilir  — Bu məsələ GÜNDƏMDƏDİR

SON DƏQİQƏ! Prezidentin köməkçiləri rayondadır: Mühüm müşavirə keçirilir  — Bu məsələ GÜNDƏMDƏDİR

SİYASƏT

807

12.06.2026, 11:38

Azərbaycan Prezidentinin 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

Oxu24.com xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, fermerlər, sahibkarların qatıldığı tədbirdə su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı, logistika imkanlarının genişləndirilməsi və fermerlərə göstərilən dəstək mexanizmləri müzakirə olunur.

“Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır”.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Xalid Əhədovun sözlərinə görə, bu hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənib: “Su və torpaq resurslarından səmərəli istifadə, Dövlət Proqramının əsas prioritetlərindəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir.

Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları, sahibkarlar və iri fermer təsərrüfatlarının nümayəndələri Dövlət Proqramından irəli gələn aşağıdakı vəzifələrin icrasına xüsusi diqqət yetirməlidirlər. İcra hakimiyyətinin başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar bölmədə əsas istiqamətlər üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən edərək hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməli, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusən pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq ucun zəruri olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Təbliğatın əsasında isə cənab Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətlərinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndələri bu çıxışı dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz ona söykənməli, bütün imkanlarını səfərbər etməklə sahibkar və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün lazım olan bütün tədbirləri görməlidirlər. Dövlət Proqramının icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür”.

Prezidentin köməkçisi qeyd edib ki, bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir: “Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır.

Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur”.

***

Azərbaycanda 2015-2025-ci illərdə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, bu proses Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti altında həyata keçirilib: "Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilmiş, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilmiş, suvarma kanalları yenidən qurulub və bu proses hazırda da davam etdirilir".

Z. Nağdəliyev bildirib ki, kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar tam yenilənib: "Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri edib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınıb və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılıb və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb".