Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb
10 İyun 2026, 16:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
85
10.06.2026, 14:34
Azərbaycanın coğrafi mövqeyi 300 il ərzində onun əleyhinə qərarların verilməsinə şərait yaradıb.
Bu sözləri Oxu24.com-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib
"Düzdür, bu cür yanaşma hökmdən çox hipotez ola bilər, lakin 300 ildə baş verən geosiyasi hadisələrin təhlili göstərir ki, Şimalda Rusiya, Cənubda isə İranın bir – birinə qarşı müharibələrinin istinad və cəbhə nöqtəsi Azərbaycan olub deyə, bunun acısını yaşamışıq.
Bizdən Qərbdə yerləşən üçüncü imperiya və ya varisi sırf qardaş olduğumuza görə sonrakı siyasi proseslərdə coğrafi olaraq cəzalandırılmalara məruz qalıb və Naxçıvanı MR-a çevirməklə, araya Ermənistan adlı süni dövləti qoymaqla Türkiyənin regiona birbaşa girişini bloklayıblar. "
Əziz Əlibəyli daha sonra əlavə edib ki, bu da başqa bir maraqlı müşahidədir ki, iki regional imperiyanın varisi ilə münasibəti müzakirə və dialoq masasında saxlaya bilməklə, üstəgəl, işğal rejimini dəyişdirməklə və hətta Şimal və Cənub qonşularımızın birbaşa dəstəyini alan düşməni məğlub etməklə, son 300 ilin və 30 ilin məğlubiyyətə əsaslanan formalaşmış münasibətlər zəncirini də qırdı.
Məlum əlaqələr isə hələ də davam edir və 2025-ci ilin yanvarında Rusiya ilə İran tarixi bir sənəd imzaladı: 20 illik Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi. Bu müqavilə hərbi, iqtisadi, siyasi sahələri əhatə edir. Sanksiya altında olan iki ölkənin Qərb maliyyə sistemlərini bypass etmək üçün ortaq maraqları var.
Azərbaycan bu ittifaqın tam coğrafi qovşağında yerləşir: şimalda Rusiya, cənubda İran. Bu iki ölkənin eyni vaxtda Azərbaycana təzyiq göstərməsi isə artıq sadə təsadüf deyil.
Biz artıq bunu regionun son 300 illik tarixini təhlil edərkən görə bilirik." - deyə Əziz Əlibəyli bildirib
17:07 / 10 İyun 2026
2
16:36 / 10 İyun 2026
499
16:30 / 10 İyun 2026
72
16:30 / 10 İyun 2026
77
16:26 / 10 İyun 2026
50
16:25 / 10 İyun 2026
58
16:20 / 10 İyun 2026
50
16:16 / 10 İyun 2026
93
16:14 / 10 İyun 2026
57
16:13 / 10 İyun 2026
64
15:59 / 10 İyun 2026
94
15:50 / 10 İyun 2026
65
15:46 / 10 İyun 2026
82
15:43 / 10 İyun 2026
82
15:41 / 10 İyun 2026
611
15:41 / 10 İyun 2026
531
15:26 / 10 İyun 2026
148
15:18 / 10 İyun 2026
144
15:16 / 10 İyun 2026
71
15:15 / 10 İyun 2026
249
15:09 / 10 İyun 2026
189
15:05 / 10 İyun 2026
70
15:03 / 10 İyun 2026
273
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.