Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM
08 İyul 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2930
29.05.2026, 21:38
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfəri gözlənilir.
Gözlənilən səfərlər iki ölkə arasındakı münasibətləri və regionun gələcək siyasi mənzərəsini yenidən gündəmə gətirib. Ekspertlər bu qarşılıqlı səfərləri uzun müddətdir davam edən gərginliyin aradan qaldırılması və xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsi baxımından kritik addım kimi qiymətləndirirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Mütəllim Rəhimli bildirib ki, rəsmi Bakı hər zaman qonşuları ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdür. Lakin Rusiyanın bəzən regional münasibətlərdə özünü "üstün tərəf" kimi aparmaq cəhdləri ciddi anlaşılmazlıqlara yol açır.
Politoloq xüsusilə Azərbaycana məxsus sərnişin təyyarəsinin Çeçenistan üzərində vurulması hadisəsini xatırladaraq qeyd edib ki, Moskva bu məsələdə adekvat addımlar atmayıb:
“Bir dövlət olaraq Rusiyanın üzr istəməsi, günahkarları cəzalandırması və kompensasiya ödəməsi hüquqi və mənəvi öhdəlik idi. Lakin məsuliyyətdən qaçmaq cəhdləri problemi son iki ildə daha da mürəkkəbləşdirdi. Rusiyanın bu qeyri-sağlam yanaşmasına rəğmən, Azərbaycan tərəfi hər zamanki kimi təmkinli və strateji davranmaqda davam edir".
Onun fikrincə, Rusiya artıq Azərbaycanın xarici siyasət kursunun konyunkturaya uyğun dəyişmədiyini, tamamilə milli maraqlara və dövlət suverenliyinə əsaslandığını dərk edir. Bu səbəbdən Moskva Bakı ilə "yuxarıdan aşağı" dilində danışmağın heç bir fayda vermədiyini və bunun onun öz əleyhinə nəticələndiyini görməkdədir:
“Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Rusiyanın cənub regionları üçün həyati əhəmiyyət kəsb edir. Sabitlik və iqtisadi rifah birbaşa bu əlaqələrin sağlam zəminə oturmasından asılıdır. Əks təqdirdə, Rusiya Qafqaz ölkələri ilə olan tarixi və coğrafi bağlarını tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalacaq”.
Səfərlərdən gözləntilər nədir?
Qarşıdan gələn Bayramov və Belousov səfərləri regional təhlükəsizlik və diplomatik balansların yenidən qurulması baxımından bir sınaq xarakteri daşıyır. Politoloq vurğulayıb ki, tarixi qonşuluq münasibətləri Rusiyanın öz məsuliyyətini hiss etməsini tələb edir:
“Çox güman ki, bu kritik görüşlər çərçivəsində son iki ildə Rusiyanın səhvləri və qeyri-konstruktiv mövqeyi ucbatından yaranmış gərginlik masaya yatırılacaq və tərəflər arasında yeni bir anlaşma mühitinin əsası qoyulacaq".
Bu dəyişikliklər fonunda Cənubi Qafqazda kənar güclərin deyil, regional oyunçuların diktə etdiyi yeni bir təhlükəsizlik arxitekturasının formalaşacağı gözlənilir. Rəsmi Bakı isə bir daha sübut edir ki, regionda sabitliyin açarı bərabərhüquqlu tərəfdaşlıqdan keçir.
Çimnaz Telmanqızı
23:59 / 08 İyul 2026
2
23:51 / 08 İyul 2026
31
23:39 / 08 İyul 2026
114
23:25 / 08 İyul 2026
58
22:35 / 08 İyul 2026
56
22:20 / 08 İyul 2026
70
22:04 / 08 İyul 2026
69
21:55 / 08 İyul 2026
83
21:43 / 08 İyul 2026
79
21:13 / 08 İyul 2026
151
20:55 / 08 İyul 2026
146
20:40 / 08 İyul 2026
75
19:55 / 08 İyul 2026
81
19:46 / 08 İyul 2026
1073
19:40 / 08 İyul 2026
200
19:33 / 08 İyul 2026
1088
19:32 / 08 İyul 2026
640
19:12 / 08 İyul 2026
506
19:02 / 08 İyul 2026
95
18:53 / 08 İyul 2026
130
18:42 / 08 İyul 2026
667
18:40 / 08 İyul 2026
103
18:35 / 08 İyul 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.