Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15879
az

\"Azərbaycanda pulu olan adam korrupsioner kimi təqdim olunur\" — Hadi Rəcəbli

09:5119 İyul, 2019
848
  • A
 
"Rokfellerə sual edirlər ki, sən necə milyarder oldun? Dedi ki, mənə birinci milyonu necə əldə etdiyim barədə sual verməyin, qalan milyonlarım haqqında danışacağam. Digər tərəfdən, ABŞ-ın kapitalı 1929-cu ildə qanqsterlərin pulu üzərində quruldu. Dünya onu keçdi. Yaxud hamımıza tanış olan “Ozalın özəl proqramı”na baxın. Bodrumun, Antalyanın, ümumiyyətlə, Türkiyə iqtisadiyyatının köklü surətdə dəyişməsinin əsasında nə dururdu?  Turqut Ozal elan etdi: dünyada yaşayan türklər, həmçinin ölkədəkilər, kim istəyirsə ölkədaxili istehsala yatırım gətirib ayırır, onların qoyduğu vəsaitə rəsmi amnistiya verilir, o vəsaitin heç bir sorğusunu aparmırlar, qeydiyyata alırlar, soruşmurlar ki, bu vəsaiti haradan, necə gətirmisən? Bax, dünyada belə təcrübə var".


Oxu24.com   xəbər verir ki, bu fikirləri “Yeni Müsavat”a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.


Komitə sədri deyib ki,bu,  Azərbaycanda da ola bilər:


"Amma bütün hallarda bu gün Azərbaycanda nə pisdir, mən nəyə təəssüf edirəm? Azərbaycanda nə mətbuat, nə bələdiyyələr, nə QHT-lər cəmiyyətə pullu adamın heç halal gəlirlərini belə təbliğ etmirlər. Cəmiyyətdə pullu adam obrazı düşmən obrazı kimi formalaşdırılır. Pulu olan adam korrupsioner kimi təqdim olunur. İmkanı olan adama mütləq pis gözlə baxılır. Sual vermək lazımdır: o imkanı necə əldə edib? Kimi deyirsinizsə, soruşaq, görək o pulu necə qazanıb? Korrupsionerlər isə məntiqi olaraq ölkə qanunlarına uyğun olaraq cəzalanmalıdır, günahlarına görə cəzalanmalıdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Polis Balakəndə 33 kq heroin və marixuana aşkarladı- VİDEO