TƏCİLİ! XİN açıqlama yaydı
06 İyun 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
967
07.04.2026, 12:26
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri həm region, həm də beynəlxalq aləm üçün mühüm siyasi ismarıclarla yadda qalıb. Bu səfər artıq ənənəvi hal almış iki ölkə arasındakı davamlı strateji əməkdaşlığın inkişafında növbəti yüksəliş nöqtəsi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı siyasi şərhçi Taleh Əliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Gürcüstanda hakimiyyət dəyişikliklərindən asılı olmayaraq, rəsmi Tiflis və Bakı hər zaman strateji maraqların fərqində olublar. Bu səbəbdən də münasibətlər illərdir ki, artan xətt üzrə inkişaf edir.
Şərhçinin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasındakı əlaqələr bir neçə əsas istiqaməti əhatə edir. Xalqlararası münasibətlər müasir müstəvidə daha da möhkəmlənir. Enerji ehtiyatlarının şaxələndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində dərinləşmiş əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Gürcüstanın təbii sərvətlərinin məhdud olması onun iqtisadi inkişafında müəyyən çətinliklər yaratsa da, Azərbaycan tərəfinin bu ölkəyə qoyduğu irihəcmli investisiyalar bu boşluğu uğurla doldurur.
Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum dəmir yolu xətti kimi transregional layihələrdə Gürcüstanın üzərinə düşən maliyyə yükünün Azərbaycan tərəfindən investisiya formasında dəstəklənməsi bu tərəfdaşlığın sarsılmazlığını sübut edir. Münasibətlərin sabitliyində etnik icmaların rolu əvəzsizdir. Borçalıda yaşayan Azərbaycan türkləri və Azərbaycanın şimalında yaşayan gürcü əsilli vətəndaşlarımız dövlətlərarası körpü rolunu oynayır.
Taleh Əliyev vurğulayır ki, kənar qüvvələrin bu icmalar vasitəsilə etimadsızlıq yaratmaq cəhdləri hər iki dövlətin xüsusi xidmət orqanları və müvafiq strukturları tərəfindən vaxtında zərərsizləşdirilir.
"Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünyanın digər ölkələrinə örnək olacaq həm qonşuluq, həm də qonşuluqdan irəli gələn qarşılıqlı və hərtərəfli əməkdaşlıq üçün ən uğurlu modeldir",- deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Yekun olaraq qeyd edək ki, iki ölkə arasındakı münasibətlər təkcə ikitərəfli deyil, həm də bütün Avrasiya regionunun enerji və nəqliyyat xəritəsini müəyyən edən strateji ittifaqdır. Bu ittifaq Cənubi Qafqazda sülhün və iqtisadi rifahın əsas qarantıdır.
Çimnaz Telmanqızı
10:53 / 07 İyun 2026
1
10:52 / 07 İyun 2026
6
10:49 / 07 İyun 2026
16
10:45 / 07 İyun 2026
35
23:18 / 06 İyun 2026
142
22:27 / 06 İyun 2026
145
21:39 / 06 İyun 2026
175
21:39 / 06 İyun 2026
127
21:26 / 06 İyun 2026
159
21:09 / 06 İyun 2026
197
20:09 / 06 İyun 2026
636
19:55 / 06 İyun 2026
158
19:37 / 06 İyun 2026
3751
19:35 / 06 İyun 2026
210
19:32 / 06 İyun 2026
932
19:29 / 06 İyun 2026
208
19:10 / 06 İyun 2026
1314
19:09 / 06 İyun 2026
160
19:03 / 06 İyun 2026
397
18:57 / 06 İyun 2026
173
18:40 / 06 İyun 2026
172
18:22 / 06 İyun 2026
168
17:54 / 06 İyun 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.